Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonu sahillərində qeyri-qanuni miqrantları daşıyan qayığın Sahil Təhlükəsizlik xidmətinə məxsus katerlə toqquşması nəticəsində 5 nəfər həlak olub. Bu barədə Balıkesir Valiliyi açıqlama yayıb. Bildirilib ki, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə çərçivəsində Sahil Təhlükəsizlik Şimal Egey Qrup Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı bir qaçaqmalçı və 34 miqrantı daşıyan yüksək sürətli fiber gövdəli qayıq sahil mühafizə katerinə çırpılıb.
#axtarış-xilasetmə işləri
Süveyş körfəzində qazma gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) axtarış-xilasetmə qruplarının BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə Məsləhətçi Qrupunun (İNSARAG) standartlarına uyğun akkreditasiyası prosesində göstərdiyi dəstəyə görə Türkiyənin AFAD qurumunun əməkdaşlarını əməkdaşlıq nişanı ilə təltif edib.
Hindistanın Qucarat əyalətinin Əhmədabad şəhərində iyunun 12-də baş verən aviasiya qəzası nəticəsində həyatını itirənlərin sayı 270-ə yüksəlib.