#Fənərbaxça borcu

Fənərbaxça Klubunun borcu rəsmi olaraq açıqlanıb. Klubun qısa müddətli öhdəlikləri 18 milyard 398 milyon lirə, uzun müddətli öhdəlikləri isə 9 milyard 237 milyon lirə təşkil edir. Beləliklə, Fənərbaxçanın toplam borcu 27 milyard 635 milyon lirə (636 milyon dollar) səviyyəsindədir.

Fənərbaxça İdman Klubunun fövqəladə seçkili ümumi qurultayının ilk günü başlayıb. Klubun hazırkı prezidenti Ali Koç dördüncü dəfə bu vəzifəyə namizəd olub. Onun əsas rəqibi iş adamı Sadettin Saran isə seçkilərdə qalib gəldiyi halda, klubun 38-ci prezidenti olacaq. Ali Koç Fənərbaxçada ilk dəfə 2-3 iyun 2018-ci ildə keçirilən ümumi qurultayda prezident seçilmişdi. O vaxt klubda 20 il rəhbərlik edən Aziz Yıldırımı böyük səs fərqi ilə məğlub etmişdi. Həmin tarixdən bəri Koç üç qurultayda da vəzifəsini qoruyub saxlayıb.