#Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans öz işinə başlayıb. Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Martın 17-də Tbilisi şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə Ramazan ayı münasibətilə “Gürcüstan azərbaycanlıları: mənəvi dəyərlər və tarixi ənənələr” mövzusunda tədbir keçirilib və soydaşlarımız üçün iftar mərasimi təşkil edilib.

Martın 5-də Türkiyə Respublikasına səfəri çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlala İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İğdır valisi Mustafa Fırat Taşolar ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin regionda əməkdaşlığın möhkəmlənməsinə və xalqlar arasında qarşılıqlı etimadın güclənməsinə mühüm töhfə verdiyi qeyd olunub. Bildirilib ki, müxtəlif sahələrdə həyata keçirilən birgə təşəbbüslər əlaqələrin daha da inkişafına yeni imkanlar yaradır.

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 20-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb. Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iki ölkəni birləşdirən ortaq İslam dəyərləri, tarixi-mədəni bağlar və beynəlxalq platformalarda nümayiş etdirilən həmrəylik dini-mənəvi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli siyasi əlaqələrin xüsusi rol oynadığı qeyd olunub.

Görüşdə İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Müşahidə Şurasının sədri, professor Misir Mərdanov, Nəzarət-Təftiş Komissiyasının və Allahverdi İcmasının sədri Vahid Novruzov, Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı, İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, professor Mahirə Hüseynova, Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, Amasiya İcmasının sədri, akademik Abel Məhərrəmov, Nərimanov rayon nümayəndəliyinin və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, tədqiqatçı-alim Səbuhi Hüseynov, Qadınlar Şurasının üzvü, ADPU-nun Filologiya fakültəsinin dekanı Könül Həsənova və mətbuat katibi Lamiyə Əhmədova İcmanı təmsil ediblər.

Fevralın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya iclası keçirilib. Kollegiyanın üzvləri, Dövlət Komitəsinin tabeliyindəki qurumların və struktur bölmələrin rəhbərlərinin iştirak etdiyi iclasda ötən ildə görülmüş işlərin nəticələri təhlil edilib, 2026-cı ildə qarşıda duran vəzifələr müzakirə olunub.