Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilir

    15 Aprel 2026 22:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans öz işinə başlayıb.

    VOA xəbər verir ki, tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

    Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsaslar üzərində qurulduğunu və bu sahədə məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyini vurğulayıb. RİH başçısı bildirib ki, ölkəmizdə dini müxtəliflik və multikultural mühit qorunaraq inkişaf etdirilir, vicdan azadlığı təmin olunur və tolerantlıq ənənələri gücləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dini-mənəvi dəyərlərin qorunması, tarixi-dini abidələrin bərpası və din xadimlərinə göstərilən dövlət qayğısı bu sahədə uğurlu nəticələrin əldə olunmasına şərait yaradıb.

    Vaqif Həsənov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdam rayonunda dini və tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Ağdam Cümə, Qiyaslı məscidlərinin bərpası və digər dini ibadətgahların yenidən qurulması milli-mənəvi irsə göstərilən diqqətin bariz nümunəsidir. Eyni zamanda rayon ərazisində dini vəziyyətin sabit olduğu, dini icmalarla mütəmadi iş aparıldığı və maarifləndirmə tədbirlərinin həyata keçirildiyi vurğulanıb. Yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin müsbət nəticələr verdiyi diqqətə çatdırılıb.

    Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 2000-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunan Ağdam Cümə məscidinə aid daş parçasının illər sonra işğaldan azad edilmiş əraziyə qaytarıldığını xatırladıb. O vurğulayıb ki, bu hadisə xalqımızın sarsılmaz iradəsinin, tarixi ədalətin bərpasının və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə diqqəti ilə işğaldan azad olunmuş ərazilərimizdəki dini abidələrin tarixi görkəminə qaytarılması milli ruhun dirçəldilməsi və xalqımızın öz mənəvi köklərinə dönüşünün rəmzləridir.

    Ramin Məmmədov deyib ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm hüquqi baza və effektiv institusional mexanizmlər əsasında qurulub, Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipi çərçivəsində vicdan azadlığı təmin edilir, dini icmaların fəaliyyəti qanunvericiliklə tənzimlənir. Bu mexanizmlər həm dini azadlıqların qorunmasına, həm də zərərli ideoloji təsirlərin qarşısının alınmasına xidmət edir.

    Komitə sədri qeyd edib ki, müasir dövrdə dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi cəmiyyətin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Dini radikalizm heç bir dinin mahiyyətini əks etdirmir və bu kimi təhdidlərə qarşı mübarizə ideoloji, maarifləndirici və sosial müstəvilərdə kompleks yanaşma tələb edir. Cəmiyyətin düzgün məlumatlandırılması, sağlam dini düşüncənin təşviqi bu mübarizənin əsas sütunlarıdır. Gənclərin maarifləndirilməsi, sosial mediada təbliğat işlərinin gücləndirilməsi olduqca əhəmiyyətlidir.

    Milli Məclisin deputatı Elman Məmmədov Yaxın Şərq regionunda baş verən proseslər fonunda konfransın mövzusunun aktuallığını qeyd edib. Müəyyən dövrlərdə öz xeyirləri naminə din pərdəsi altında, dindən silah kimi istifadə edərək pozuculuq fəaliyyəti göstərən qüvvələrin cəmiyyətimizə zərər vurmağa cəhd etdiyini bildirib. Hər zaman ölkəmizə və dövlətçiliyimizə qarşı xaricdən zərərli müdaxilələrin olduğunu da diqqətə çatdıran E. Məmmədov söyləyib ki, bunun qarşısını almaq üçün din xadimlərimiz fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında qurmalıdırlar.

    Regional konfrans işini panel iclasları ilə davam etdirir.

    #Ağdam #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

    9 İyul 2026 16:39

    Ramin Məmmədov Özbəkistan Prezidenti Administrasiyasının şöbə müdiri ilə görüşüb

    8 İyul 2026 11:47

    Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində iştirak edib

    7 İyul 2026 16:32

    Şuşada mühüm sənəd imzalandı

    30 İyun 2026 16:21

    Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

    25 İyun 2026 10:13

    Ramin Məmmədov 30-cu Beynəlxalq Berlin Toplantısının rəsmi açılış mərasimində iştirak edib

    12 İyun 2026 15:46

    Şəkidə “Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər” mövzusunda regional konfrans keçirilib

    4 İyun 2026 16:37

    Türkiyədə “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçirilir

    8 May 2026 15:51

    Şuşa və Ağdam məscidlərinə yeni imam müavinləri təyin olunub

    7 May 2026 10:51

    Din xadimlərinin Naxçıvana səfəri təşkil olunacaq

    1 May 2026 10:49

    Ağdama növbəti köç karvanı yola salınıb

    24 Aprel 2026 09:21

    Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

    23 Aprel 2026 16:42
    XƏBƏR LENTİ

    Bu gün ABŞ və SSRİ arasında kosmosda ilk görüş baş tutdu

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.