Almatıda keçirilən Beynəlxalq Türkoloji Konfrans Birinci Bakı Türkoloji Qurultayının 100 illiyini qeyd edir. Tədbir türkologiya elminin tarixi nailiyyətlərini müasir çağırışlar kontekstində qiymətləndirmək, türk dövlətləri arasında elmi inteqrasiyanı gücləndirmək məqsədini daşıyır. Açılış mərasimində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamları təqdim edilib, professor Aktotı Raimkulova və digər yüksək səviyyəli iştirakçılar 1926-cı ildə Bakıda keçirilmiş Qurultayın tarixi əhəmiyyətini və türk dünyasının birliyini vurğulayıblar. Konfrans həm akademik, həm də mədəni əməkdaşlığı inkişaf etdirmək üçün böyük platforma rolunu oynayır.
#Türk Mədəniyyəti və İrsi Fondu
18 may 2026-cı il tarixində Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “İrsdən Dayanıqlılığa: Türk Evləri” adlı panel sessiyası təşkil olunub.
16 May, 2026-cı il tarixində Bakı Dövlət Universitetində (BDU) Türk dünyasının musiqi brendi və Türk mədəniyyəti və irsinin səfiri, dünya şöhrətli “TURAN” etno-folklor ansamblı tərəfindən möhtəşəm mühazirə-konsert keçirilib. Konsert Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdur.
Türk Mədəniyyəti və İrsi Fondu Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib.
8 May 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş “Azərbaycan memarlıq irsinin dühası” kitabının və hədiyyə poçt markalarının təqdimat mərasimi keçirilib.
29 aprel 2026-cı il tarixində Almatı şəhərindəki "Auezov Evi" Elmi-Mədəni Mərkəzində görkəmli bəstəkar, dirijor, musiqi dünyasının ilk akademiki və Qazaxıstan SSR Elmlər Akademiyasının yaradıcılarından biri Axmet Jubanovun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş "Axmet Jubanov və müasir musiqişünaslıq elmi" mövzusunda beynəlxalq elmi-praktik konfrans baş tutub.
27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Dr. Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri professor Prof. Dr. Şaban Doğan ilə görüşü baş tutub. Tərəflər Türk dünyasının ortaq mirasının qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində strateji tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb. Tərəflər türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.
22 aprel 2026-cı il tarixində Astanada keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində “Mərkəzi Asiyada biomüxtəlifliyin qorunması üzrə regional əməkdaşlıq: qlobal öhdəliklərdən birgə fəaliyyətə” mövzusunda panel sessiyası baş tutub.
14 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qazaxıstana rəsmi səfəri çərçivəsində Almatı İdarəetmə Universitetinin (AlmaU) rektoru Timur Buldıbayev ilə görüşü keçirilib. Keçirilən görüş tərəflər arasındakı dialoqun ardıcıl xarakter aldığını nümayiş etdirib və gələcək əməkdaşlıq üçün ilkin zəminin formalaşdırılmasına xidmət edib.
9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.
8 aprel 2026-cı il tarixində Qazaxıstan Respublikasının Xarici İşlər naziri cənab Yermek Koşarbayev Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək təşkilatın prezidenti xanım Aktotı Raimkulova ilə görüşüb.