#Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən “Əbədiyyətin Nişanələri: Türk Dünyası Rəmzlərdə” sənədli filminin ilk bölümü "YouTube"un "TurkDiscovery" platformasında izləyicilərə təqdim edilib. Türk xalqlarının mənəvi dünyasını və tarixi vəhdətini əks etdirən bu layihə nəsillər arasında körpü rolunu oynayaraq, türk ruhunun silinməz izlərini geniş auditoriyaya çatdırır.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Milli Akademik Kitabxananı ziyarət edib və təşkilat tərəfindən nəşr edilən kitabları Kitabxanaya təqdim edib. Milli Akademik Kitabxananın direktoru Fond tərəfindən hədiyyə edilən kitabların elmi ictimaiyyət və oxucular üçün vacib mənəvi xəzinə olduğunu bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun (TDV) dəstəyi ilə təşkil olunan Beynəlxalq Təcrübə Mübadiləsi Proqramı “Türk Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi” öz işinə İstanbulda davam edib.

9 fevral 2026-cı il tarixində Ankarada Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ev sahibliyi, həmçinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) və Türk Dünyası Fondunun dəstəyi ilə təşkil olunan “Türk Dünyası Bərpa və Konservasiya Laboratoriyaları Şəbəkəsi – Türkiyə Təcrübə Mübadiləsi Proqramı”na start verilib.

28 yanvar 2026-cı il tarixində Qazaxıstana rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Astana Beynəlxalq Universitetinin (AIU) prezidenti Serik İrsaliev, eləcə də Astana HUB və NITEC QSC (AO «НИТ») qurumlarının nümayəndələri arasında görüş keçirilib.

22-23 yanvar 2026-cı il tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulovanın Özbəkistan Respublikasına ilk rəsmi səfəri baş tutub. Səfər Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Respublikası arasında güclü və uzunmüddətli tərəfdaşlığın başlanğıcını qoyan əlamətdar və tarixi bir hadisə kimi dəyərləndirilir. Bu, Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevin təşəbbüsü ilə 7 oktyabr 2025-ci ildə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının Zirvə Görüşündə Özbəkistan Respublikasının Fonda tamhüquqlu üzv kimi qəbul edilməsi ilə bağlı mühüm qərara əsasən atılan addım olub.

Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.

21 yanvar 2026-cı il tarixində, Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə YUNESKO üzrə Qırğız Respublikası Milli Komissiyasının baş katibi xanım Sabira Soltongeldiyeva arasında görüş keçirilib. Görüş zamanı tərəflər Fond və Milli Komissiya arasında Türk dünyasının mədəni irsinin qlobal səviyyədə qorunması, inkişafı və təbliği sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi vasitəsilə tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

21 yanvar 2026-cı il tarixində Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti naziri cənab Mirbek Mambetaliyev arasında görüş keçirilib. Görüşdə nazir müavini Askaraly Madaminov və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri cənab Nusubalı Yakupbekov da iştirak ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri türk dünyasının tarixi, mədəni və ədəbi irsinin genişmiqyaslı şəkildə təbliği və gələcək nəsillərə ötürülməsidir. Bu missiyanı həyata keçirən Fond beynəlxalq səviyyədə yüksək standartlara cavab verən nəşr layihələri reallaşdırır və öz nəşrlərini dünyanın nüfuzlu kitab sərgilərində və mədəni platformalarında ardıcıl şəkildə təqdim edir.

Fondun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery platforması bu dəfə “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində işləyir. Layihə türk dünyasının maddi və mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədini daşıyır. Yeni sənədli seriyada petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələri vizual formada təqdim olunacaq. Layihə vasitəsilə türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni kökləri və nəsillərarası bağlılığı tamaşaçıya çatdırılacaq.