#Azərbaycan Mədəniyyət Günləri

Dekabrın 18-də Füzuli şəhərində Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasiminə həsr olunan geniş konsert proqramı təqdim edilib. Konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.