Yeni rüsumlar avqustun 7-dən qüvvəyə minəcək. Bu müddət, gömrük və sərhəd xidmətinə yeni rüsumların tətbiqi ilə bağlı zəruri dəyişiklikləri həyata keçirmək üçün verilib.
#Gömrük rüsumları
ABŞ və Çin arasında Stokholmda keçirilən danışıqlardan sonra gömrük rüsumları ilə bağlı mövcud güzəşt rejiminin daha üç ay müddətinə uzadılması barədə razılıq əldə olunub.
Ticarət gərginliyi fonunda ABŞ və Çin rəsmiləri arasında danışıqların üçüncü raundu iyulun 28-də İsveçin paytaxtı Stokholmda başlayıb. İki gün davam edəcək görüşlərdə ABŞ tərəfini maliyyə naziri Skott Bessent, Çin tərəfini isə iqtisadi məsələlər üzrə Baş nazirin müavini Hı Lifinqin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
“Bu 15 faizlik rüsumlar və Avropa İttifaqından ABŞ-a ixrac olunan mallar üçün 0 faizlik rüsum – bu fərq açıq şəkildə Almaniya iqtisadiyyatı üçün ağır nəticələr doğuracaq. Bu nəticə bizi qane etməsə də, mövcud şərtlərdə əldə edilə biləcək ən yaxşı razılaşma idi”
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və ABŞ iqtisadiyyatına əlavə 600 milyard dollar investisiya yatıracaq. Həmçinin, Brüssel böyük miqdarda hərbi texnika alacağını da öhdəsinə götürüb.
ABŞ Prezidenti Donald Trampın Braziliyaya qarşı rüsumlar tətbiq edəcəyi ilə bağlı hədələri, Braziliyanın BRİKS tərəfdaşları ilə münasibətlərini daha da gücləndirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna məsələsində irəliləyiş əldə olunmazsa, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi hələ də gündəmdədir.
ABŞ Prezidenti Donald Tramp İndoneziya ilə yeni ticarət razılaşmasının əldə olunduğunu elan edib.
Avropa İttifaqı (Aİ) ABŞ-ın avqustun 1-dən etibarən Aİ-dən ixrac olunan bütün məhsullara 30 faizlik idxal rüsumu tətbiq etməsinə cavab olaraq, ABŞ mallarına qarşı tariflərin ikinci siyahısını hazırlayıb.
ABŞ, əgər Moskva və Vaşinqton Ukrayna məsələsində razılığa gəlməsə, Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faiz həcmində idxal rüsumları tətbiq edəcək.
ABŞ-ın tətbiq etməyi planlaşdırdığı 30 faizlik gömrük rüsumları Avropa İttifaqı (Aİ) ilə ABŞ arasındakı ticarət əlaqələrini məhv edəcək.
Avropa İttifaqı (Aİ), Brüssel ilə Vaşinqton arasında razılaşma əldə olunmasa, ABŞ məhsullarına qarşı 21 milyard avro dəyərində gömrük rüsumları tətbiq etməyə hazırdır.