#Eyal Zamir

İsrail Baş Qərargah rəisi Eyal Zamir Təhlükəsizlik Kabinetinin qərarından sonra Qəzza şəhərinin işğal planını təsdiqləyib. Ordunun məlumatına görə, Zamir bu barədə ordu komandanlığı və Şin Bet rəhbərliyi ilə görüş keçirib. Bəyanatda qeyd olunub ki, plan siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq hazırlanıb və təsdiqlənib. Görüşdə həmçinin ordunun son günlər Zeytun məhəlləsinə endirdiyi hücumlar da müzakirə olunub.

İsrailin Baş naziri Benyamin Netanyahu sabah yerli vaxtla saat 18:00-da Təhlükəsizlik Kabinetinin iclasını keçirəcək. İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir və digər hərbi rəhbərlərin xəbərdarlıqlarına baxmayaraq, Təhlükəsizlik Kabinetinin Qəzzanın tam işğalı planına razılıq verəcəyi gözlənilir.

İsrail mediasının məlumatına görə, Netanyahu Zamirdən Qəzza zolağının işğalı ilə bağlı planları yenidən işləyərək Nazirlər Kabinetinə təqdim etməyi tələb edib. Zamir isə planların artıq təqdim olunduğunu və əlavə risklərin nəzərə alınmalı olduğunu bildirib. Baş Qərargah rəisi bütün Qəzzanın işğalının İsrail üçün böyük təhlükə yaradacağını, girovların həyatı və ordunun mövqeyi baxımından riskləri artıracağını vurğulayıb.