2002-ci ildə, Modi Hindistanın Qucarat əyalətinin baş naziri olduğu dövrdə, müsəlmanlara qarşı baş verən iğtişaşlara görə şəxsən məsul tutulmuşdu. Həmin hadisələrdə təxminən 1000 müsəlman öldürülmüş, 150 min nəfər evlərindən didərgin düşmüşdü. Bundan sonra ABŞ və Böyük Britaniya hökumətləri insan haqları ilə bağlı narahatlıqları əsas gətirərək Modiyə səfər qadağası qoydular.
#Hindistan hökuməti
Hava çirkliliyi ilə mübarizə aparan Hindistanın Dehli Milli Paytaxt Ərazisində 2022-2024-cü illər arasında altı dövlət xəstəxanasında 200 mindən çox kəskin respirator xəstəlik hadisəsi qeydə alınıb. Səhiyyə və Ailə Rifahı Nazirliyi və Hindistan Tibbi Tədqiqatlar Şurası (ICMR) şəhər yerlərində artan hava çirkliliyi ilə tənəffüs yolları xəstəlikləri arasındakı əlaqəni araşdırıblar. Tədqiqatın nəticələri ilə bağlı Parlamentə verdiyi açıqlamada nazirlik rəsmiləri kəskin respirator infeksiya halları ilə hava çirkliliyi səviyyələri arasında birbaşa əlaqənin aşkarlandığını bildiriblər.
Hindistan, “Make in India” strategiyası çərçivəsində Rampage tipli uzun mənzilli raketlərin yerli istehsalına start verib. Müdafiə mütəxəssisləri bu addımı ölkənin xarici asılılığını azaltmaq və müdafiə texnologiyalarında müstəqilliyi möhkəmləndirmək baxımından kritik əhəmiyyət daşıyan qərar kimi qiymətləndirirlər. AzərVoice xəbər verir ki, rəsmi mənbələrə görə, istehsal prosesi Hindistan Hərbi Hava Qüvvələrinin (IAF) ehtiyaclarına uyğun uzunmüddətli strateji proqram əsasında həyata keçiriləcək. Müdafiə sahəsindəki bir rəsmidən sitat gətirilir: “Yerli istehsal yalnız maliyyət baxımından səmərəlilik yaratmayacaq, həm də texnologiya transferini və logistika dəstəyini tamamilə Hindistanın nəzarətinə verəcək.”
Kiyev Ukrayna prezidenti Volodimir Zelenskinin Hindistana səfərinin təşkili və tarixlərin razılaşdırılması istiqamətində Yeni Dehli ilə danışıqları davam etdirir. Bu barədə Ukraynanın Hindistandakı səfiri Aleksandr Polişuk açıqlama verib.
Hindistan hökuməti ABŞ prezidenti Donald Trampın Rusiya neftinin alınmasına görə yüksək tariflərlə hədələməsinə sərt cavab verib. Bu barədə Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.