#İstanbul

“Think Fashion” tərəfindən təşkil edilən qlobal “Modest Fashion Week”in (Təvazökar Moda Həftəsi) 11-ci buraxılışı aprelin 16-dan 18-dək Fransanın paytaxtında keçiriləcək və bu, platformanın dünyanın ən nüfuzlu moda mərkəzlərindən birindəki debütü olacaq.

İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində şübhəlilərin yaralama, obyektlərin güllələnməsi və hədə-qorxu ilə talama faktlarına qarışdıqları müəyyən edilib. Araşdırma zamanı onların Eyüpsultan, Üsküdar, Bağcılar və Ataşehir rayonlarında müxtəlif cinayət əməllərində iştirak etdikləri bildirilib.

Türkiyədə aparılan əməliyyat nəticəsində 3 il ərzində həyata keçirilən “change” sxemi ifşa olunub. Şübhəlilərin qəzaya düşmüş, yanğın və ya digər səbəblərlə yararsız hala düşmüş nəqliyyat vasitələrinin şassi və mühərrik məlumatlarını dəyişdirərək onları yenidən satışa çıxardıqları müəyyən edilib.

İstanbul Boğazında Türkiyə Yelken Federasiyasının (TYF) 2026-cı il fəaliyyət proqramı çərçivəsində keçirilən “HELLY HANSEN – SPORT WORKS BOSPHORUS RACE” yelkən yarışları səbəbilə tranzit gəmi keçidləri müvəqqəti dayandırılıb.

İstanbul Valiliyi tərəfindən 1 May Əmək və Həmrəylik Günü ilə əlaqədar şəhərin bir sıra rayonlarında yollar, metro stansiyaları və dəniz nəqliyyatı məhdudlaşdırılıb. Bildirilib ki, Taksim, Şişhane və Osmanbey metro stansiyaları bağlanıb, bəzi tramvay və funikulyor xətləri üzrə hərəkət dayandırılıb. Eyni zamanda dəniz nəqliyyatında da məhdudiyyətlər tətbiq olunub.

Məlumata görə, hüquq-mühafizə orqanları Beylikdüzü rayonunda narkotik maddələrin istehsalı və satışı ilə bağlı məlumat əsasında texniki və fiziki müşahidə aparıb. Əldə olunan məlumatlar əsasında müəyyən edilən ünvana əməliyyat təşkil edilib. Əməliyyat zamanı 1 şübhəli şəxs saxlanılıb. Axtarışlar nəticəsində 67 kiloqram 160 qram narkotik vasitə, 73 kiloqram 800 qram narkotik istehsalında istifadə olunan kimyəvi maddə, həssas tərəzi, həmçinin 1790 lirə və 400 ABŞ dolları məbləğində pul vəsaiti aşkarlanaraq götürülüb.

İstanbulnin Pendik rayonunda boş ərazidə torpaq altındakı su quyusunda gizlədilmiş minlərlə silah hissəsi aşkar olunub.İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən tədbir zamanı əvvəlcədən daxil olan məlumat əsasında ərazi nəzarətə götürülüb. Polis əməkdaşları dron vasitəsilə apardıqları müşahidə zamanı torpaq altına daxil olub-çıxan şəxsləri müəyyən ediblər.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Almaniya kapitalı ilə 105 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 57 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Almaniya şirkətlərinin məcmu kapitalı 304 milyon 170 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 84 milyon 112 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 152-ci Parlamentlərarası Birlik Baş Assambleyasında çıxışı zamanı İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatları və beynəlxalq hüquq normalarına tabe olmamasını sərt tənqid edib. Dövlət başçısı İsrail hökumətini həm öz xalqı, həm Fələstin, həm də bütün region üçün sülh və hüzur yolundakı ən böyük maneə adlandırıb.