Türkiyənin müdafiə sənayesində yeni addım atan ASELSAN, “Çelik Kubbe” hava hücumundan müdafiə sisteminə əlavə olunan yeni nəsil Anti-PUA silahı EJDERHA-nı təqdim edib. Müdafiə eksperti Eray Güçlüer, sistemin texnoloji imkanlarını dəyərləndirərək onun həm dronlara, həm də mina və əl istehsalı partlayıcılara (EYP) qarşı əhəmiyyətli üstünlüklər qazandırdığını vurğulayıb.
#Türkiyə pilotsuz təyyarə bazaları
Türkiyə Milli Müdafiə Nazirliyi ölkənin ən yeni pilotsuz uçuş aparatı olan Bayraktar TB3-ün Silahlı Qüvvələrin inventarına daxil edildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, Bayraktar TB3 artıq Quru Qoşunları Komandanlığının istifadəsinə verilib. Bununla da Türkiyə ordusu pilotsuz uçuş aparatları sahəsində imkanlarını daha da genişləndirmiş oldu.Qeyd edək ki, Bayraktar TB3 qısa uçuş-enmə zolaqlarında fəaliyyət göstərə bilən, yüksək döyüş yükü daşıma qabiliyyətinə malik və uzunmüddətli əməliyyatlar üçün nəzərdə tutulan yeni nəsil PUA-dır.
Türkiyənin yerli və milli pilotsuz uçuş aparatları istehsalçısı Baykar, 2024-cü ildə də ixracat uğurunu davam etdirərək bütün sektorlar üzrə ölkənin ən çox məhsul ixrac edən ilk 10 şirkəti sırasına daxil olub.
Türkiyə Hərbi Hava Qüvvələrinin 101-ci Havada Yanacaq Doldurma Eskadronu – “Asenalar” adı ilə tanınan bu strateji birlik ölkənin hava hücum imkanlarını gücləndirməyə davam edir.
Türkiyənin yeni Suriya ordusunun formalaşdırılmasında əsas rol oynayacağı və bu ordunun təlimini həyata keçirəcəyi gözlənilir.