Çıxışına keçmiş nazir və Samsun Böyükşəhər Bələdiyyə Başçısı Mustafa Dəmirə başsağlığı verərək başlayan Ərdoğan, Anadolu torpaqlarının insanlıq tarixinin ən qədim səhifələrinin yazıldığı məkanı olduğunu qeyd edib. O, Şanlıurfa vilayətində yerləşən Göbeklitəpənin Misir piramidalarından 7500 il əvvələ aid olduğunu vurğulayıb və milli mədəniyyətin köklərini burada axtarmağın vacibliyini qeyd edib.