Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müxalifətin son altı aydır bütün cəhdi ölkənin 23 ildə böyük bədəllər hesabına əldə etdiyi sabitlik və etimad mühitini zədələməyə yönəlib. Ərdoğan ölkənin 23 ildə qazandığı nailiyyətlərə diqqət çəkərək, “Siyasətdə sabitlik, iqtisadiyyatda etimad olduğu müddətcə Türkiyənin önü də, üfüqü də açıqdır” deyib və vətəndaşları həmrəyliyə çağırıb.
#Boykot çağırışı
Starbucks brendini idarə edən Berjaya Food Berhad-ın rüblük maliyyə hesabatına görə, şirkətin gəliri 2024-cü maliyyə ili ilə müqayisədə 36% azalaraq 477 milyon rinqit (təxminən 69 milyon dollar) zərərə düşüb. Hesabatda bu azalmanın “Yaxın Şərq münaqişəsi ilə bağlı mənfi əhval-ruhiyyə” ilə əlaqəli olduğu, bazar dinamikasına və müştərilərin xərcləmə vərdişlərinə təsir etdiyi qeyd edilib. Şirkət ölkədə aktivlərin silinməsi prosesi ilə üzləşib və 152.8 milyon rinqit dəyərində amortizasiya ayırması aparıb. X platformasında yayılan fikirlər, boykotların Starbucks-ın Malayziyadakı nüfuzuna ciddi ziyan vurduğunu və yerli kafelərin populyarlıq qazandığını göstərir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Respublikaçı Marjorie Taylor Greene İsrailin raketdən müdafiə sistemi üçün ayrılmış 500 milyon dollarlıq maliyyənin ləğv edilməsi ilə bağlı Konqresə təklif təqdim edib.