ABŞ-ın sabiq vitse-prezidenti Kamala Harris 2028-ci il prezident seçkilərində iştirak ehtimalını tamamilə rədd etməyib. BBC-yə verdiyi müsahibədə Harris gələcək seçkilərdə iştirak potensialı və Donald Trump-ın prezidentliyi ilə bağlı fikirlərini bölüşüb. “Hələ işim bitməyib,” deyən Harris bir gün “mümkündür ki,” ABŞ Prezidenti ola biləcəyini bildirib.
#ABŞ-da prezident seçkiləri
AzerVoice-in məlumatına görə, 2024-cü il prezident seçkilərində Donald Trampa məğlub olan Harris bu barədə BBC-yə verdiyi müsahibədə danışıb.
ABŞ prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə prezident seçkilərinə namizəd ola biləcəyini istisna etməyib. O, bu barədə Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində danışıb. “Nə ‘yox’ deyirəm, nə də ‘bəli’,” – deyə Erik Tramp bildirib. Qəzetin yazdığına görə, o, bu ehtimalı “heç vaxt istisna etmədiyini” vurğulasa da, biznes dünyasının ona daha yaxın olduğunu etiraf edib. Hazırda Erik Tramp kriptovalyuta sahəsində fəaliyyət göstərən "World Liberty Financial" şirkətinə rəhbərlik edir. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp avqustun 5-də verdiyi açıqlamada “böyük ehtimalla” növbəti prezident seçkilərində iştirak etməyəcəyini bildirib. ABŞ Konstitusiyasına görə, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Buna baxmayaraq, Donald Tramp bir neçə dəfə bəzi şərtlər daxilində üçüncü dəfə də namizəd ola biləcəyini istisna etmədiyini söyləyib.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, böyük ehtimalla növbəti prezident seçkilərində iştirak etməyəcək. Bu barədə o, CNBC telekanalına verdiyi müsahibədə deyib.