#Türkiyənin Azərbaycandakı səfirliyi

Tədbir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan tərəfindən dəstəklənən, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hər il 21-27 may tarixlərində dünyanın müxtəlif ölkələrində keçirilən “Türk Mətbəxi Həftəsi” proqramı çərçivəsində Türkiyənin Bakı Səfirliyi və Bakı Yunus Emre İnstitutu (YEE) tərəfindən təşkil olunub.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu beynəlxalq media nümayəndələri üçün xüsusi media proqramı təşkil edir. C.İşbilir deyib ki, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Misir və Azərbaycandan olmaqla 11 ölkədən 32 beynəlxalq jurnalist iştirak edir. Proqrama dəvət olunan media nümayəndələri 6 fevral zəlzələlərindən sonra fəlakət bölgəsinə gələrək hadisələri yerində işıqlandırmış jurnalistlər arasından seçilib. Bu isə onlara üç il əvvəl böyük dağıntılara məruz qalan şəhərlərdə bugünkü vəziyyəti müşahidə etməyə və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan yaradır.

UİD Azərbaycan tərəfindən Bakı şəhərində səhər yeməyi proqramı təşkil edilib. Proqramın əsas məqsədi UİD Azərbaycan`ın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat vermək, təşkilatın missiyasını və həyata keçirdiyi layihələri təqdim etməklə birliyi ictimaiyyətə daha yaxından tanıtmaq olub. Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Ufuk Turganer iştirak edib. Tərbirdə Türkiyədən qonaq qismində ``15 Temmuz Şehitler ve Gaziler Derneği``nın rəhbəri və nümayəndə heyəti iştirak ediblər. Tədbirdə 15 iyul və 20 yanvar şəhidlərinin əziz xatirəsi yad edilib.

22 oktyabr 2025-ci il tarixində Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək. Tədbir saat 11:30-da Azərbaycan İstiqlal Muzeyində baş tutacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşır.