#terrorsuz Türkiyə

Bahçeli yazılı açıqlamasında, “Türk milləti 103 il əvvəl qanı və canı ilə düşmənsiz Türkiyəyə nail oldu, indi də Allahın izni ilə terrorsuz Türkiyəyə çatacaq,” – deyə qeyd edib. O, daxili və xarici düşmənçiliklərin terrorsuz Türkiyə ilə təsirini itirəcəyini vurğulayıb. Bahçeli, avqust ayının Türk milləti üçün zəfər ayı olduğunu, 26 avqust 1922-ci ildə başlayan Böyük Hücumun 30 avqustda zəfərlə taclandığını xatırladıb. O, bu qələbənin strateji hazırlıq, siyasi taktika və müstəqillik ehtirası ilə əldə edildiyini, Türk millətinin birliyi və şəhidlərin qanı ilə möhkəmləndiyini bildirib.

“Terrorsuz Türkiyə” prosesinin heç bir mərhələsində terror təşkilatı ilə danışıqlar aparılmayıb və bundan sonra da aparılmayacaq. Bunu Türk Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Malazgirt Zəfərinin 103-cü ildönümü münasibətilə Afyonkarahisar şəhərində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşdə çıxış edərkən deyib.

“Terrorsuz Türkiyə” dövründə qarşımızdakı qızıl fürsət itirilməməli, qardaşlıq ruhu və milli birliyimiz zədələnməməlidir. Bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib. Bahçeli çıxışında Türk millətinin tarix boyu mədəniyyətin daşıyıcısı olduğunu vurğulayıb və millətin birliyindən narahat olan dairələrin planlarına diqqət çəkib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt Milli Parkında keçirilən Malazgirt zəfərinin 954-cü ildönümü mərasimində çıxış edib. Ərdoğan çıxışında Türkiyənin 81 vilayətindəki bütün vətəndaşlara salam göndərib, İsrailin hücumları altında qalan Qəzza və Fələstinə həmrəylik mesajı çatdırıb.

Ərdoğan terrordan azad Türkiyə hədəfinə qətiyyətlə irəlilədiklərini vurğulayıb. O, ölkənin heç bir tələ və hiyləyə uymayacağını, birlik və bərabərliyin qorunacağını qeyd edərək, bu yolda qərarlı addımlar atılacağını bildirib. Ərdoğan çıxışında, “Uğur birliyimizdən gəlir. Şəhidlərimizin mirası olan bu vətəni gələcək nəsillər üçün də qoruyub yaşatacağıq,” deyərək, Türkiyənin tarixdə “Türkiyə Əsri” kimi yer alacağına inamını ifadə edib. Prezident həmçinin terrorsuz Türkiyə hədəfinin son mərhələsinə çatdıqlarını və bu hədəfə nail olmaq üçün birliyin gücünün əhəmiyyətini vurğulayıb. “Biz parlaq bir Türkiyə quracağıq və heç kimin qurduğu tələlərə düşməyəcəyik,” - deyə əlavə edib.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Terrordan Azad Türkiyə” prosesi ilə bağlı çıxış edib. Kurtulmuş TBMM Fəxri Salonunda keçirilən “Trabzona İstiqlal Medalının Təqdimetmə Mərasimi”ndə çıxış edib. O, “Prosesdə terror təşkilatı ilə heç bir danışıqlar aparılmayıb, olmayacaq da. Şəhidlərimizin ruhuna zərər verəcək heç bir addım atılmayıb, olmayacaq” - deyə qeyd edib.

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan, Xalq Alyansının terrorla mübarizə prosesində atdığı addımlar barədə danışaraq, terrordan azad bir Türkiyənin qurulmasının “tarixi vəzifə” olduğunu bildirib. “Hər mövzuda həmfikir olmaq məcburiyyətində deyilik, amma terrordan azad bir Türkiyəni gerçəkləşdirməyə borcluyuq. Bu prosesə töhfə verən hər kəsin adı tarixə həkk olunacaq. Populist çıxışlarla prosesi pozanları isə nə xalq, nə də gələcək nəsillər bağışlayacaq”. - deyə ​Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan AK Partiya Gənclik Strategiyası və Müşavirə Düşərgəsinin Bağlanış Mərasimində çıxış edərək, korrupsiya əməliyyatlarının bələdiyyələri rüşvətxor dəstələrdən azad edəcəyini vurğulayıb. “Biz səbir, cəsarət və səmimiyyətlə terrorsuz Türkiyə qururuq”, – deyən Ərdoğan gənclərlə birlikdə bütün maneələri dəf etdiklərini qeyd edib. O, həmçinin ölkəni müasir sivilizasiyalar səviyyəsinə qaldırmaq üçün iş, layihə və xidmətləri davam etdirdiklərini, “terrordan azad Türkiyə” məqsədindən geri dönməyəcəklərini bildirib.

TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək AK Partiya, CHP və DEM Partiyasının hər birindən əlavə bir üzvün adlarının təqdim olunmasını istəyib. O, komissiyanın işini səmimiyyətlə qəbul etdiyini, gündəliyə nəzarət etdiyini və qərarlarını ardıcıl şəkildə həyata keçirdiyini vurğulayıb. Kurtulmuş milli birliyi və qardaşlığı möhkəmləndirmək üçün geniş təmsilçiliyin vacibliyinə diqqət çəkib və bu məqsədlə 51 nəfərlik komissiyanın yaradıldığını xatırladıb. İYİ Partiyanın isə üzv təqdim etməyəcəyini rəsmi olaraq bildirdiyini qeyd edib. Bugünkü iclasda əsas gündəliyin komissiyanın işinə dair üzvlərin təkliflərini dinləmək olduğu bildirilib.

Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Türkiyə Yüzili Görüşmələri” çərçivəsində Hakkariyə səfər edib. Nazir səfər çərçivəsində şəhərdəki müəllimlər evində yerli protokol nümayəndələri ilə görüşüb. Güler çıxışında Hakkarinin Türkiyənin ən qədim və önəmli şərq sərhəd şəhərlərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, Hakkari bənzərsiz təbiəti, mövcud imkanları və istedadlı insanları ilə ölkənin ən dəyərli bölgələrindən biridir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli “Terrorsuz Türkiyə” prosesinin ilin sonuna qədər başa çatdırılacağını bəyan edib. O o, Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan komissiyanın fəaliyyətini yüksək qiymətləndirdiklərini, bütün siyasi partiyaların bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.

Türkiyədə “Terrorsuz Türkiyə” hədəfi çərçivəsində yeni mərhələyə keçilir. Gələcək dövrdə PKK-nın İraqın Mahmur və Sincar bölgələrindəki düşərgələrinin boşaldılması, silahlarını təhvil verənlər üçün hüquqi bazanın hazırlanması və terror təşkilatının rəhbər heyətinin Afrika və ya Avropa ölkələrinə göndərilməsi kimi addımlar gündəmdədir.