Müsahibələrdən birində Qəzzada üç dəfə hərbi əməliyyatda iştirak etmiş israilli ehtiyat əsgəri etiraf edib ki, xidmət etdiyi bölməyə tez-tez “qadağan zona” elan edilən ərazilərə daxil olan hər kəsə – təhlükə yaratsın və ya yaratmasın – atəş açmaq əmri verilirdi.
#HƏMAS və İsrail münaqişəsi
Netanyahunun bu görüşü, Trampın ikinci prezidentlik dönəmindən bəri Ağ Evə üçüncü səfəridir.
Bu münaqişə İran və onun proksiləri, həmçinin dolayı yolla onun hərbi müttəfiqi olan Rusiya üçün sarsıdıcı bir məğlubiyyətlə nəticələndi.
İranın məğlubiyyəti və dəstəklədiyi Hizbullahın liderlərinin öldürülməsi, HƏMAS-ın Livandakı koordinasiya xətlərini zəiflətdi.
Eyni şəkildə HƏMAS da ideologiyanı dövlətin və xalqın üzərinə qoyduğu üçün uduzdu.
HƏMAS-ın həyata keçirdiyi "Əqsa Tufanı" əməliyyatını İsrail öz varlığına qarşı təhdid kimi təqdim edərək, “müqavimət oxuna” qarşı genişmiqyaslı hücumlar üçün zəmin hazırladı.
İsrail parlamenti – Knesset, cümə axşamı səhəri keçirilən səsvermədə özünü buraxmaq əleyhinə qərar verdi. Qərar, hökumət koalisiyası daxilindəki hərbi çağırışla bağlı yaranan fikir ayrılığı üzrə razılaşmadan sonra verilib.
HƏMASın qərarları hansı şəraitdə qəbul etdiyi sualı, xüsusən əsir mübadiləsi və atəşkəs üçün aparılan danışıqlar başlayandan bəri, son bir ildən çoxdur gündəmdədir.
Misir və Qətər verdikləri ortaq bəyanatda Vaşinqtonun elçisinin təklifinə əsaslanaraq atəşkəsə nail olmaq üçün tərəflər arasında danışıqları bərpa etməyə yönəlmiş intensiv səylərini davam etdirdiklərini bildiriblər.
Planın əsas zəmanətçiləri ABŞ prezidenti Donald Tramp, Misir və Qətər olacaq.
Baş nazir Benyamin Netanyahu və onun hökumət üzvləri də daxil olmaqla israillilərin böyük əksəriyyəti bu müharibənin əvvəlcədən müəyyən edilmiş məqsədlərinə çatmadığını etiraf edir. Hazırda HƏMAS-ın əlində 58 israilli girov saxlanılır.
13 may tarixində İsrail ordusu Xan Yunisdəki Avropa Qəzza Xəstəxanasının ətrafını 9 ağır bomba ilə vuraraq “Əl-Qəssam” briqadasının yeraltı qərargahını “hədəfə” aldığını açıqlayıb.