İsrailin Tehrana təşkil etdiyi hücumda Qızıl Aypara Cəmiyyətinin binası da zərər görüb.
#İsrailin hava zərbələri
Bildirilib ki, hücum edilən bina sıx məskunlaşmış ərazidə yerləşir. Buna görə də ölən və yaralananların sayının artma ehtimalı yüksəkdir.
İsrail ordusu İranda 250-dən çox hədəfi vurub və hücumlarını davam etdirir.
İsrailin iyunun 13-də həyata keçirdiyi hücumlar nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Elit Hava-Kosmik Qüvvələrindən yeddi yüksək rütbəli zabit həlak olub.
Həmçinin, İranın nüvə proqramına rəhbərlik edən fiqurlar və İranın Ali Dini Lideri Əli Xameneinin milli təhlükəsizlik müşaviri Əli Şəmxani də hücumların hədəfində olub.
Bu barədə Şərqi Azərbaycan vilayətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri Məcid Fərşi məlumat verib.