Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu

    25 Dekabr 2025 09:58
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fransa, Böyük Britaniya, Kanada və Yaponiya da daxil olmaqla 14 ölkə çərşənbə günü İsrailin işğal altındakı İordan çayının qərb sahilində yeni yəhudi yaşayış məntəqələrinin yaradılması ilə bağlı son qərarını kəskin şəkildə pisləyib və İsrail hökumətini bu qərardan geri çəkilməyə, həmçinin məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırıb.

    AzerVoice xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda bildirilir:

    “Almaniya, Belçika, Kanada, Danimarka, İspaniya, Fransa, İtaliya, İrlandiya, İslandiya, Yaponiya, Malta, Niderland, Norveç və Böyük Britaniyanın nümayəndələri, İsrail hökumətinin təhlükəsizlik kabinetinin işğal altındakı İordan çayının qərb sahilində 19 yeni yaşayış məntəqəsinin yaradılması barədə qərarını pisləyirik.”

    Bəyanatda vurğulanır ki, tərəflər istənilən ilhaq cəhdinə və məskunlaşma siyasətinin genişləndirilməsinə qəti şəkildə qarşıdırlar. Sənəddə İsrailə çağırış edilərək qeyd olunur ki, hökumət bu qərardan imtina etməli və yaşayış məntəqələrinin genişləndirilməsi planlarını ləğv etməlidir.

    Birgə bəyanatda əlavə olunur: “Xatırladırıq ki, məskunlaşma siyasətinin daha geniş miqyasda intensivləşdirilməsi çərçivəsində atılan bu kimi birtərəfli addımlar təkcə beynəlxalq hüququ pozmur, eyni zamanda bölgədə sabitliyin daha da zəifləməsinə səbəb olur.”

    #Kanada #Yaponiya #fransa xin #14 ölkə İsrailin Qərb Sahilində yeni məskunlaşma qərarını pislədi #Fransa və Britaniya İsraili məskunlaşmanı dayandırmağa çağırdı #Qərb Sahilində 19 yeni yaşayış məntəqəsi: beynəlxalq etiraz #İsrailin məskunlaşma planları beynəlxalq narazılıq doğurdu #14 dövlət İsrailin birtərəfli qərarını rədd etdi #Məskunlaşma siyasəti bölgədə sabitliyi təhdid edir
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yaponiya ordu quruculuğunda tarixi addım atır - Konstitusiyanın sülh maddəsi arxada qalır

    29 Avqust 2026 18:00

    Kanadanın büdcə kəsiri kəskin azalaraq 370 milyon Kanada dollarına düşüb

    28 Avqust 2026 19:19

    Kanada dolları ABŞ dolları qarşısında mövqeyini gücləndirib

    27 Avqust 2026 21:19

    Avropa İttifaqı və bir sıra ölkələr İsrailin BMT agentliyinin obyektini ələ keçirməsini pisləyib

    27 Avqust 2026 18:23

    Yaponiya Hörmüz boğazından asılılığı azaltmaq üçün yeni enerji planı hazırlayır

    26 Avqust 2026 19:21

    Beynəlxalq Cinayət Məhkəməsinin sədri ABŞ-nin təzyiqlərinə cavab verib

    26 Avqust 2026 18:19

    ABŞ–Kanada ticarət qarşıdurması kəskinləşir - Kanada dolları bahalaşıb

    25 Avqust 2026 22:06

    ABŞ-Kanada gərginliyi artır: Tramp Ontario gölü ilə bağlı təklif irəli sürüb

    25 Avqust 2026 16:53

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    Oman və Yaponiya Hörmüz boğazının açılması üçün səylərin gücləndirilməsinə çağırıb

    20 Avqust 2026 21:57

    Səudiyyə Ərəbistanı strateji dəniz yollarının təhlükəsizliyinin təmin edilməsini istəyir

    19 Avqust 2026 21:11

    Ərdoğan və Takaiçi ikitərəfli əlaqələri müzakirə etdi

    19 Avqust 2026 14:51
    XƏBƏR LENTİ

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.