Türkiyənin xarici işlər naziri Hakan Fidan öz müavini Nuh Yılmazı Türkiyənin Suriyadakı səfiri vəzifəsinə təyin edib. İndiyə qədər Türkiyə Suriyada yalnız müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunurdu. Nuh Yılmazın səfir təyin olunması, mühüm diplomatik jest kimi qiymətləndirilir. Yılmaz 2024-cü ilin may ayından nazir müavini vəzifəsini icra edib. O, nazir Fidan kimi Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sabiq əməkdaşıdır və İngilis dilini mükəmməl bilir. Daha əvvəl Vaşinqtonda bir neçə diplomatik vəzifə tutub və ABŞ-da dərs deyib.