Mövsümün ikinci hissəsinin hazırlıqlarını Abu Dabidə keçirən “Neftçi” bugün ilk yoxlama oyununa çıxacaq.
#Qazaxıstan
Air Astana aviaşirkətinə məxsus sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Çində məcburi eniş edib. 8 yanvar 2026-cı il tarixində Seul–Astana marşrutu üzrə həyata keçirilən KC210 reysi Pekin hava limanına təcili eniş etmək məcburiyyətində qalıb. Bildirilib ki, təyyarə havaya qalxdıqdan təxminin 2 saat sora Pekində təhlükəsiz şəkildə eniş edib.
Qazaxıstan Respublikasında 2026-cı il rəsmi olaraq “Rəqəmsallaşma və Süni İntellekt İli” elan olunub. Fərmanda qeyd olunur ki, qərar ölkədə rəqəmsallaşmanın daha da sürətləndirilməsi və süni intellekt texnologiyalarının bütün sahələrdə geniş tətbiqinin təmin edilməsi məqsədi daşıyır. Sənədə əsasən, fərman imzalandığı gündən qüvvəyə minib.
OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq, 74 milyon 793 min 79 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz artaraq, 8 milyon 276 min 49 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq, 8 milyard 628 milyon 945 min dollara bərabər olub.
TÜRKPA Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana rəsmi səfər çərçivəsində Prezident Mərkəzini ziyarət edib.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev ilə görüşüb.
2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalaraq, 96 milyon 918 min 74 dollara bərabər olub.Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana elektrik avadanlıqları ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz azalaraq, 8 milyon 629 min 73 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq, 16 milyard 6 milyon 424 min dollara bərabər olub.
Dekabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı bir-birilərinə başsağlığı veriblər. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib. Bildirilib ki, baş tutmuş telefon təması zamanı Ə.Əsədov həmin faciəvi günlərdə hərtərəfli dəstəyə görə qardaş Qazaxıstanın hökumətinə və xalqına təşəkkürünü bildirib.
Qazaxıstan dövlət qurumlarının süni intellektdən (AI) istifadəyə hazırlığı üzrə Mərkəzi Asiyada lider mövqeyə yüksəlib və Oxford Insights tərəfindən açıqlanan Government AI Readiness Index 2025 reytinqində 195 ölkə arasında 60-cı yerə yüksəlib. Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin dekabrın 24-də yaydığı məlumata görə, ölkə ötən illə müqayisədə 16 pillə irəliləyərək ən sürətli inkişaf göstərən dövlətlərdən biri olub. 2024-cü ildə Qazaxıstan bu reytinqdə 76-cı pillədə qərarlaşmışdı.
Hökümə Əliyeva dünyaya sübut etdi ki, Avropa Azərbaycan xanımlarından qəhrəmanlıq öyrənə bilər. Bunu bu gün II Fəxri xiyabanda Milli Qəhrəman Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli deyib.
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ildönümü münasibətilə İkinci Fəxri Xiyabanda ekipaj üzvlərinin məzarlarını ziyarət edilib.