#Qazaxıstan

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq, 35 milyon 311 min 25 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana xalça ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalaraq, 2 milyon 808 min 72 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz azalaraq, 2 milyard 553 milyon 705 min dollara bərabər olub.

Türkiyə və Azərbaycan arasında 12-ci Dönəm Karma İqtisadi Komissiya (KEK) Protokolü imzalanıb. Protokol çərçivəsində 110 maddəlik Eylem Planı da təsdiqlənib və bu plan ölkələrarası iqtisadi əməkdaşlığın genişləndirilməsi və strateji layihələrin həyata keçirilməsi üçün əsas istiqamətləri müəyyən edir. Nazir həmçinin qeyd edib ki, Azərbaycan təbii resurslar baxımından strateji əhəmiyyətə malikdir və enerji qiymətlərindəki dəyişikliklər gələcək ticarət balansına müsbət təsir göstərəcək. Ötən il Türkiyə–Azərbaycan arasında ticarət həcmi 8 milyard dollara çatıb. Bu göstərici, Qazaxıstanla birlikdə Türk Dövlətləri arasında əldə edilmiş ən yüksək ticarət həcmidir. Nazir Bolat əlavə edib ki, mövcud dalğalanmalar konjonktür xarakterlidir və keçicidir, yaxın gələcəkdə enerji bazarındakı dəyişikliklər ticarət əlaqələrini daha da gücləndirəcək.

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Y.N. Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək Azərbaycanın tolerant və multikultural mühitə malik olduğunu vurğulayıb. Aytkenov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. O, dövlət-din münasibətlərinin konstitusion prinsiplərə əsaslandığını və vicdan azadlığının təmin edildiyini qeyd edib.

2025-ci ilin yanvar- noyabr ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 24 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 13 milyon 235 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 37 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - noyabr ayında Qazaxıstan şirkətlərinin əksəriyyəti İstanbulda (15) qeydiyyata alınıb.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bir neçə simvolik hədiyyə göndərib. Həmin hədiyyələr arasında Ağ Evin rəmzi açarı və ABŞ Prezidentinin şəxsi avtoqrafı olan beysbol papağı yer alır. Məlumata görə, etimadnamələrin təqdim olunması mərasimindən sonra keçirilən qısa söhbət zamanı Qazaxıstanın ABŞ-dakı yeni səfiri Məğjan İlyasov Prezident Donald Trampla görüşüb. Söhbət zamanı ABŞ lideri cari ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşüb.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası nümayəndə heyətləri iştirak edirlər. Forumun əsas məqsədi türk dövlətləri arasında dayanıqlı və effektiv kommunikasiya mühitinin formalaşdırılması, həmçinin dezinformasiya təhdidlərinə qarşı mübarizə sahəsində institusional qarşılıqlı fəaliyyətin gücləndirilməsidir.

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qazaxıstana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 420 milyon 6 min 74 dollara bərabər olub. Türkiyə 2025-cü ilin noyabr ayında Qazaxıstana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 38,1 faiz azalaraq, 22 milyon 250 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 15 milyard 506 milyon 584 min dollara bərabər olub.