Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev 6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının dövlət başçıları şurasının XII sammitində iştirak üçün Azərbaycana rəsmi səfər edəcək. Qeyd edək ki, "Regional sülh və təhlükəsizlik" mövzusunda TDT zirvə toplantısı 6-7 oktyabr tarixlərində Qəbələdə keçiriləcək. Bu ilin oktyabr ayında TDT sədrliyi Qırğızıstandan Azərbaycana keçəcək. Xatırladaq ki, TDT – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən, türk dövlətlərinin əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türk dilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir.
#Qazaxıstan
Qazaxıstan Aktua-Bakı-Ceyhan marşrutunu neft tədarükü üçün strateji istiqamət kimi nəzərdən keçirir. Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Qazaxıstan Enerji Həftəsi çərçivəsində keçirdiyi görüş zamanı deyib. Akkecenovun sözlərinə görə, 2023-cü ildə həmin marşrutla 1,06 milyon ton Qazaxıstan nefti nəql olunub, 2025-ci ilin sonuna qədər isə ixrac həcminin 1,7 milyon tona çatdırılması planlaşdırılır.
UEFA Çempionlar Liqasının II turunda Qazaxıstanın Kayrat Almatı klubu doğma publika önündə İspaniya nəhəngi Real Madrid qəbul edəcək. Qeyd edək ki, ötən turda Kayrat Almatı Portuqaliyaya Sportinq səfərinə yollanmışdı. Həmin görüşdə Qazaxıstan təmsilçisi 4-1 hesabı ilə məğlub olmuşdu. Kral klubu isə isə ötən tur Marsel ilə qarşılaşıb və 2-1 hesablı qələbə qazanıb.
Qazaxıstanda uzunmüddətli rəqəmsal aktivlərə sərmayə yatırmaq məqsədilə yaradılan Alem Crypto Fund fəaliyyətə başlayıb. Fondun əsas missiyası rəqəmsal aktivlərə uzunmüddətli sərmayə yatırmaq və kriptoehtiyatların formalaşdırılmasıdır. Rəsmi açıqlamalara görə, gələcəkdə Alem Crypto Fund dövlət yığımlarının idarə edilməsində də istifadə edilə bilər.
2025 -ci ilin avqustunda Qazaxıstandan Türkiyəyə 111 min 348 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 19,55 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,60 faiz təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında Qazaxıstandan Türkiyəyə 573 min 931 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,06 faiz azdır.
Birlikdə çalışmaqla biz həm öz ehtiyaclarımızı ödəyə, həm də Avropaya təmiz enerji çatdıra bilərik.Bunu COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çıxışı zamanı bildirib.
29 sentyabr 2025-ci tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının keçmiş xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. Bildirilib ki, nazir Ceyhun Bayramov, Murat Nurtleunu dost və qardaş Qazaxıstan Respublikasının xarici işlər naziri vəzifəsində çalışdığı müddətdə Azərbaycan və Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri məmnunluqla xatırlayaraq, iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraq böyüməsində əhəmiyyətli rol oynayıb. “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.
Jaslan Madiyev 1983-cü il iyunun 13-də Almatı şəhərində anadan olub. O, ali təhsilini 2000–2004-cü illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində alaraq dünya iqtisadiyyatı və beynəlxalq maliyyə üzrə ixtisaslaşıb. Daha sonra 2006–2007-ci illərdə “Bolaşak” dövlət proqramı çərçivəsində Kolumbiya Universitetinin Beynəlxalq əlaqələr və dövlət idarəçiliyi məktəbində dövlət idarəçiliyi magistri (MPA) dərəcəsi qazanıb və iqtisadi siyasətin idarə olunması üzrə ixtisaslaşıb.
Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkilatın Bakıdakı mərkəzi qərargahında “Türk İrsi Dünya Səhnəsində” mövzusunda Dəyirmi Masa keçirib. Tədbir 1925-ci ildə Parisdə keçirilmiş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənətləri Beynəlxalq Sərgisində türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin təntənəli çıxışlarının 100 illiyinə həsr olunub.
Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 4 milyon 550 min 64 dollara çatdırıb. 2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,6 faiz azalaraq, 34 milyon 531 min 25 dollara bərabər olub. Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 artaraq, 6 milyard 263 milyon 387 min dollara bərabər olub.
25 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu ilə Mangistau vilayətinin akimatının birgə təşkilatçılığı ilə Aktau şəhərində keçirilən görkəmli sufi mürşidi və maarifçi Beket ata Mırzaqululunun 275 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondu adından təşkilatın layihə menceri Talqat Muxanov iştirak edib, qurumun həyata keçirdiyi mədəni layihələr, xüsusilə türk xalqlarının ortaq irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər barədə məlumat verib.