#Husilər Yəmənin sabitliyini necə pozurlar?

HƏMAS-ın silahsızlaşdırılması və “Hizbullah”ın qalan arsenalının dövlətin nəzarətinə verilməsi istiqamətində intensiv işlərin getdiyi, Qəzza və Livanın cənubunda İsrail müharibəsinin sonuna ümidlərin yarandığı bir vaxtda, Yəməndəki husilər yenidən İran istehsalı silahlarla təhdidlərə başlayıblar. Bu dəfə hədəf nə İsrail, nə də ABŞ, birbaşa qonşu Səudiyyə Ərəbistanıdır.

Yəməndəki “Ənsar Allah” hərəkatı (husilər), Eylat, Ramon Hava Limanı və işğal altındakı Qüds bölgələrindəki “həssas və həyati” hədəflərə qarşı uğurlu hərbi əməliyyatlar həyata keçirdiklərini açıqlayıblar. İranın dəstəklədiyi Yəmən husilərinin hərbi sözçüsü Yahya Səri ABŞ mərkəzli X sosial media platformasındakı hesabında və televiziyada yayımlanan açıqlamasında məsələ ilə bağlı məlumat verib.Sözcü Səri bildirib ki, husilərə bağlı silahlı qüvvələrin raket qüvvələri işğal altındakı Qüds ətrafındakı həssas hədəfləri vurmaq üçün çoxsaylı döyüş başlıqlarına malik olan “Fələstin 2” adlı hipersəs ballistik raketi ilə hərbi əməliyyat həyata keçirib.