Ceyhun Bayramov ABŞ Dövlət katibinin köməkçisi ilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib.
#Azərbaycan
Azərbaycan və ABŞ Strateji İşçi Qrupunun nümayəndələri əməkdaşlıq perspektivlərini müzakirə edib.
Azərbaycan və Özbəkistan energetika nazirləri Bakıda keçirilən “Bakı Enerji Forumu” çərçivəsində enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşdə neft və neft-kimya məhsullarının təchizatı üzrə dinamika müsbət qiymətləndirilib, ticarət əməkdaşlığının genişləndirilməsi imkanları və Üstyurt geoloji kəşfiyyat layihəsi nəzərdən keçirilib. Eyni zamanda “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” ilə bağlı fikir mübadiləsi aparılıb.
Ukraynanın Energetika naziri Denis Şmıqal bildirib ki, Ukrayna və Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verə bilər. Azərbaycan müharibə dövründə Ukraynaya 11 enerji yardım paketi təqdim edib, Ukrayna isə enerji infrastrukturunun dayanıqlığını artırmaq üçün bir sıra yeni yanaşmalar hazırlayıb. İlk sınaq tədarükləri Azərbaycan qazının Trans-Balkan marşrutu ilə Avropaya çatdırıla biləcəyini nümayiş etdirib. Bu addımlar Avropa üçün sabit və alternativ enerji mənbələri təmin edir.
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisinin açılması ölkənin Çin turizm bazarında mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Yeni nümayəndəlik Azərbaycanın turizm imkanlarının tanıdılması, Çin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkəyə turist axınının artırılması məqsədi daşıyır. Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin beynəlxalq turizm konfransında “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülməsi isə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.
May ayının 28-də Prezident İlham Əliyevin tapşırığına əsasən, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərləri dəmiryolu nəqliyyatı vasitəsilə Azərbaycan–Gürcüstan marşrutu üzrə hərəkət edən yük və sərnişin qatarlarında sərhəd və gömrük nəzarətinin təşkili, rəsmiləşdirmə proseslərinin həyata keçirilməsi, vətəndaş məmnuniyyətinin təmin olunması, habelə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik dəmiryolu stansiyalarına baxış keçiriblər.
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Tahsin Ertuğruloğlu Azərbaycan xalqını və dövlətini 28 May münasibətilə təbrik edib
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyinin dəstəyi ilə humanitar aksiya keçirilib. Səfirliyin nümayəndələri bildiriblər ki, bu cür xeyriyyə tədbirləri iki ölkə xalqları arasındakı dostluq və həmrəylik münasibətlərinin göstəricisidir. Yardım alan yerli sakinlər göstərilən diqqət və dəstəyə görə Azərbaycana öz minnətdarlıqlarını ifadə ediblər.
Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Ceyhun Bayramov Van İ ilə görüş keçirib