#Azərbaycan

Pekində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Birləşmiş Ərəb Əmirlikləri ilə imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi ölkələrimiz arasında iqtisadi işbirliyinin gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılmasını hədəfləyir. 9 iyul 2025-ci ildə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanmış Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) qüvvəyə minib.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.05.2026-cı il tarixədək işğaldan azad edilmiş ərazilərə 33270 nəfər keçmiş məcburi köçkün geri qayıdıb, bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 84370 nəfərə çatıb.

İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində keçirilən üçüncü iclasda nazirlər “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı üzrə birgə addımları müzakirə ediblər. COP29 çərçivəsində irəli sürülən “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi” təşəbbüsü və layihənin “Texniki Tapşırıq” sənədinin tamamlanması diqqət mərkəzində olub.

Azərbaycan Hava Yolları (AZAL) əlverişsiz hava şəraiti səbəbilə təxirə salınan Bakı-Naxçıvan-Bakı reyslərini yenidən bərpa edib. Qeyd edilib ki, hazırda bölgədə qeyri-stabil hava şəraiti mövcud olsa da, reyslərin icrasına təhlükə törətmədiyindən sözügedən marşrut üzrə uçuşlar həyata keçirilməyə davam edir.

Azərbaycan və Fələstin arasında post-münaqişə dövründə bərpa sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı şəhərsalma, dayanıqlı mənzil siyasəti və “Böyük Qayıdış” Proqramı çərçivəsində əldə edilən təcrübə qarşı tərəflə paylaşılıb. Tərəflər bərpa işlərinin planlaşdırılması, dayanıqlı şəhərsalma prinsiplərinin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu görüş Azərbaycan təcrübəsinin Fələstin üçün praktik nümunə ola biləcəyini və post-münaqişə dövründə layihələrin effektiv idarə edilməsinə töhfə verəcəyini göstərir.

Bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılışı keçirilir.Forumun əsas tədbirləri Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə baş tutur. Dünyanın ən nüfuzlu urbanizasiya platformalarından hesab olunan forum Bakını qlobal şəhərsalma və dayanıqlı inkişaf müzakirələrinin mərkəzinə çevirəcək. Tədbirə 182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək göstəricilərdən biri kimi dəyərləndirilir.

Mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur.