#FETÖ/PDY silahlı terror təşkilatı

Türkiyədə son bir ay ərzində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində 286 nəfər saxlanılıb, onlardan 154-ü həbs edilib. Onun sözlərinə görə, əməliyyatlar Respublika baş prokurorluqları ilə Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Baş İdarəsinə tabe olan Terrorla Mübarizə (TEM), Qaçaqmalçılıqla Mübarizə (KOM) və Kəşfiyyat İdarələrinin koordinasiyasında, Ankara, İstanbul və İzmir də daxil olmaqla 50 şəhərdə həyata keçirilib.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.

FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) Türkiyə müdafiə sənayesindəki strukturuna qarşı həyata keçirilən əməliyyat nəticəsində, təşkilatın ROKETSAN-dan məsul “sözdə bölgə və müəssisə imamı” İshak Uysal 7 illik axtarışdan sonra İstanbulda tutulub.