UFC rəsmi olaraq keçmiş yüngül çəki çempionu İslam Maxaçevin yarımorta çəki divizionunda titul qarşılaşmasına çıxacağını təsdiqləyib. İslam Maxaçev yüngül çəkidəki titulundan könüllü imtina edərək karyerasını yarımorta çəkidə davam etdirmək qərarı verib. Onun bu addımı diviziondakı qüvvələr balansını dəyişdirib və digər yüksək reytinqli iddiaçıların titul şansını ertələyib.
#Dana White
MMA dünyasının ulduzu, sabiq UFC ağır çəkidə çempionu Con Cons yenidən oktaqona qayıda biləcəyini açıqlayıb. UFC prezidenti Dana Vayt isə Consun qayıdışına skeptik yanaşdığını bildirib. UFC 319 turniri ərəfəsində mətbuat konfransında Vayt, Consa etibar etmədiyini və belə bir ciddi turnirdə ona önəmli yer verməyəcəyini vurğulayıb.
ABŞ-ın tanınmış MMA döyüşçüsü, UFC-nin keçmiş müvəqqəti yüngül çəki çempionu Toni Ferqyuson rusiyalı keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək istədiyini açıqlayıb.
UFC-nin canlı əfsanəsi Con Cons ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə 2026-cı ildə Ağ Evdə keçirilməsi planlaşdırılan tarixi turnirdə iştirak etməyə hazır olduğunu bəyan edib.
Donald Tramp cümə axşamı günü, növbəti il ABŞ-ın 250 illik yubileyi münasibətilə bir sıra tədbirlərə başladığını və Ağ Evdə UFC döyüşü keçirməyi planlaşdırdığını açıqlayıb.