#FETÖ üzvlərinin saxlanılması

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ştatlardakı səfəri çərçivəsində Türk-Amerikan Milli İdarəetmə Komitəsi (TASC) tərəfindən təşkil olunan tədbirdə çıxış edib. Ərdoğan çıxışında FETÖ terror təşkilatına da diqqət çəkərək, başçısının ölümündən sonra qurum daxilində parçalanmanın daha da sürətləndiyini bildirib.

Prokurorluğun açıqlamasına görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar zamanı FETÖ-nün “məxfi xidmətlər” adlanan strukturu ilə əlaqəsi müəyyən edilən şəxslərin təşkilat ilə gizli şəkildə ünsiyyət saxladıqları aşkar olunub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində FETÖ-yə qarşı aparılan əməliyyatların nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, saxlanılan şəxslərin FETÖ-nün hazırkı şəbəkəsi daxilində aktiv olduğu, gizli əlaqələr saxladığı, təşkilatın nəzarətindəki qurumlara maliyyə dəstəyi göstərdiyi və sosial media üzərindən təbliğat apardığı müəyyən edilib.

Türkiyənin Ədirnə vilayətində ölkədən qaçmağa cəhd edən 4 FETÖ üzvü təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq həbs edilib.Ədirnə İl Jandarma Komandanlığı qrupları tərəfindən aparılan əməliyyat nəticəsində FETÖ üzvləri olduğu müəyyən edilən S.S.Y., H.B., S.Y. və H.S.E. adlı şəxslər Uzunköprü rayonunun Balaban kəndində ölkədən qaçmağa hazırlaşarkən yaxalanıb. İstintaq prosesindən sonra şübhəlilər Uzunköprü Ədliyyəsinə sövq edilib və hakim qərarı ilə həbs olunub.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son 10 gündə ölkənin 29 şəhərində FETÖ terror təşkilatına qarşı aparılan əməliyyatlar zamanı 49 şübhəlinin saxlanıldığını, onlardan 39 nəfərinin həbs edildiyini açıqlayıb. Nazir Yerlikaya bu barədə sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, İstanbul, İzmir və Ankara da daxil olmaqla bir çox şəhərdə jandarma qüvvələri tərəfindən koordinasiyalı əməliyyatlar həyata keçirilib. Saxlanılan şəxslər sosial media üzərindən FETÖ təbliğatı aparmaq, təşkilatın hazırkı strukturlarında fəal iştirak etmək, ankesorlu telefonlarla əlaqə yaratmaq və terror təşkilatı ilə əlaqəli saxta yardım qurumlarına maliyyə dəstəyi vermək kimi ittihamlarla axtarılırdı.

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyatları davam edir. Təşkilatın gizli strukturlarında yüksək vəzifə tutan və barəsində məhkəmə hökmü və axtarış qərarı olan Hakan Kahraman xaricə qaçmaq istəyərkən MİT-in keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıb.