#Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 29 Oktyabr Respublika Günü münasibətilə yayımladığı mesajında 86 milyon vətəndaş, Kıbrıs Türk xalqı və xaricdə yaşayan soydaşların bayramını təbrik edib. Ərdoğan mesajında, Cümhuriyyətin 102-ci ildönümünün böyük iftixar və qürurla qeyd edildiyini vurğulayıb və tarix boyunca vətən uğrunda canını qurban vermiş şəhid və qaziləri hörmətlə yad etdiyini bildirib. O, həmçinin Cümhuriyyətin banisi Qazi Mustafa Kamal Atatürk və Milli Mübarizənin bütün qəhrəmanlarını xatırlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kahramankazan rayonunda keçirilən BMC Ankara Tank və Yeni Nəsil Zirehli Texnika İstehsal Zavodunun açılışı və ilk ALTAY tanklarının təhvil verilməsi mərasimində çıxış edib. Prezident Ərdoğan çıxışında Türkiyənin müdafiə sənayesində qazandığı uğurların milli iradənin və mühəndislik gücünün nəticəsi olduğunu bildirib. O, ALTAY tankı layihəsinin Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfinin simvoluna çevrildiyini vurğulayıb.

Böyük Britaniyanın Baş naziri Keir Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya rəsmi səfər edib. Starmer Krallıq Hava Qüvvələrinə məxsus üç “Eurofighter Typhoon” qırıcısını da özü ilə gətirib. Baş nazirin təyyarəsi Mürted Hava Bazası Komandanlığında enib. Starmeri Türkiyənin milli müdafiə naziri Yaşar Güler qarşılayıb. Gülerlə birlikdə Krallıq Hava Qüvvələrinin üç “Eurofighter Typhoon” döyüş təyyarəsinin yer aldığı əraziyə keçən Starmer, təyyarələri şəxsən incələyib, pilotlar və texniki heyətlə qısa söhbət aparıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Türkiyədə səfərdə olan Böyük Britaniyanın Baş naziri Keir Starmer Ankarada birgə mətbuat konfransı keçiriblər. Görüş çərçivəsində iki ölkə arasında müdafiə sənayesi və iqtisadi əməkdaşlıq sahəsində mühüm razılaşmalar imzalanıb. Prezident Ərdoğan, “Eurofighter Typhoon” döyüş təyyarələrinin tədarükünə dair tətbiq mexanizmlərinin heyətlərarası görüşlərdə imzalandığını açıqlayıb. “Bu əməkdaşlığın müdafiə sənayesində yeni ortaq layihələrə yol açacağına inanırıq. Bu razılaşmanı iki yaxın müttəfiq arasında strateji münasibətlərin yeni bir simvolu hesab edirik,” – deyə dövlət başçısı qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Krallığın Baş naziri Keyr Starmeri Prezidentlik Kompleksində rəsmi mərasimlə qarşılayıb. Birləşmiş Krallığın Baş naziri Keyr Starmer Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib. Prezident Ərdoğan Starmeri Prezidentlik Kompleksində rəsmi mərasimlə qarşılayıb. Qarşılama mərasimindən sonra Prezident Ərdoğan və qonaq Baş nazir təkbətək görüşüblər.

Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması ilə bağlı Qətər və Omanla apardığı danışıqlar uğurla davam edir. Ərdoğan bu barədə Oman səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Ankara Avropa müttəfiqləri və ABŞ-la müasir döyüş təyyarələrinin – 40 ədəd “Eurofighter Typhoon”, həmçinin “F-16” və “F-35” təyyarələrinin alınması barədə danışıqlar aparır.

Almaniyanın kansleri Fridrix Mersin 29 oktyabr axşamı Türkiyəyə səfər edəcəyi və 30 oktyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib. Almaniya hökumətinin mətbuat katibinin müavini Sebastyan Hille Berlində keçirilən mətbuat konfransında açıqlayıb ki, Baş nazir Fridrix Mers 29 oktyabrda Türkiyəyə səfər edəcək və ertəsi gün Prezident Ərdoğanla görüşəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin İraq və Suriyadakı mövcudluğunun səbəbləri artıq bütün dünya tərəfindən məlumdur, lakin müxalifət partiyası CHP (Cümhuriyyət Xalq Partiyası) hələ bunu dərk etməyib. Ərdoğan vurğulayıb ki, CHP məsələnin partiya yox, dövlət işi olduğunu başa düşməyib və son hadisələrin partiyanı da bu həqiqəti anlamağa sövq edəcəyinə inanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Oman Sultanı Heysəm bin Tariqin Al Alam Sarayında başçılıq etdikləri heyətlərarası görüşdən sonra iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişləri imzalanıb. Əvvəlcə, “Türkiyə Respublikası Hökuməti ilə Oman Sultanlığı arasında Koordinasiya Şurasının yaradılması barədə ortaq bəyanat” Türkiyənin xarici işlər naziri Hakan Fidan və Oman xarici işlər naziri Sayyid Badr bin Hamad Al Busaidi tərəfindən imzalanıb.