Vyetnamda yaxınlaşan “Kajiki” qasırğası səbəbindən güclü yağış, daşqın və torpaq sürüşməsi riski ilə əlaqədar 586 mindən çox insanın təxliyəsinə qərar verilib. Rəsmilər bəzi çaylarda suyun səviyyəsinin artması ilə bağlı 2 və 3-cü səviyyəli xəbərdarlıqlar yayıb. Müdafiə Nazirliyi fəsadlarla mübarizə üçün 350 min hüquq-mühafizə əməkdaşı və 8 200 hərbi texnika cəlb edib. Qeyd edək ki, Çinin cənubundakı Hainan adasında da “Kajiki” ilə bağlı 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilib. Bu, Sakit Okeanda bu il qeydə alınan 13-cü tayfundur.
#Vyetnam
Pakistanda güclü musson yağışları səbəbindən son 48 saat ərzində 320-dən çox insan həyatını itirib. Ölkənin şimal bölgələrində şiddətli musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 321-ə yüksəlib.
Azərbaycan və Vyetnam arasında üçillik fəaliyyət planı qəbul edilib.
ABŞ Prezidenti Donald Tramp, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə telefon danışığı zamanı Birləşmiş Ştatların vyetnam məhsullarına tətbiq edilən gömrük rüsumlarını azaldacağını bildirib.