Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq / Suriya
    Suriya

    Suriya Rejimi və Rusiya arasında qanunsuz maliyyə köçürmələri ortaya çıxıb

    8 Yanvar 2025 12:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya Rejimi və Rusiya arasında qanunsuz maliyyə köçürmələri ortaya çıxıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) tərəfindən əldə edilən gizli sənəddə, Suriya Hava Yolları vasitəsilə Moskvaya külli miqdarda pul köçürmələri həyata keçirildiyi açıqlanıb.

    AzerVoice xəbər verir ki, SOHR direktoru Rami Əbdürrəhman bildirib ki, bu pulun qaçaqmalçılıq yolu ilə aparıldığı sonuncu uçuş Suriyanın devrilmiş lideri Bəşər Əsədin keçən dekabrın Moskvaya qaçmasından cəmi 4 gün əvvəl baş verib.

    Bu əməliyyatlar, Captagon istehsalına qoyulan investisiyalarla əlaqələndirilir.

    Sənəddə göstərilir ki, 2020-ci ilin sonlarından 2024-cü ilin ortalarına qədər həftədə bir dəfə həyata keçirilən uçuşlarda, hər biri 20 milyon dollar dəyərində olan pullarla dolu çantalar Vnukovo hava limanına göndərilib.

    Belə ki, məxfi əməliyyat Hava Qüvvələri Kəşfiyyatının nəzarətində olub və pullar Suriya Mərkəzi Bankından qorunan avtomobillərlə daşınaraq təyyarələrə yüklənib.

    Sənəddə əməliyyatın detallarına dair rəsmi kitablar və müxtəlif qeydlər də mövcuddur. Bu çantalar, ciddi təhlükəsizlik tədbirləri ilə daşıyılıb və heç bir əməkdaşın, sərnişinin bu əməliyyat haqqında məlumatı olmayıb.

    Həmçinin, rejimin maliyyə işlərinə rəhbərlik edən Bəşər Əsədin əmisi Məhəmməd Maxluf, bu köçürmələrə nəzarət edərək, Moskvanın elit bölgələrində, o cümlədən “Moskva-Siti”də 20-dən çox bahalı mənzil alıb. Maxluf, rejimin maliyyə işlərini Moskvadan izləyir və yüksək təhlükəsizlik tədbirləri ilə mühafizə olunur.

    Məlumatları adının açıqlanmasını istəməyən, ancaq birbaşa əlaqəsi olan şahidlərin bildirdiyini vurğulayan mənbə, Rusiya və Belarusda qurulan şirkətlərə küllü miqdarda çirkli pulların yatırıldığını, əmlak və mağazaların alındığını da bildirib.

    #Rusiya #Suriya #Bəşər Əsəd
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Lavrov: Hər hansı razılaşma Tehranın maraqlarını nəzərə almalıdır

    5 İyun 2026 18:32

    Azovda xarici yük gəmilərinə dron hücumunda 5 Azərbaycan vətəndaşı həlak olub - XİN

    5 İyun 2026 13:38

    Almaniya XİN başçısı Putinə müraciət etdi

    5 İyun 2026 11:00

    Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu: Ölənlər var

    5 İyun 2026 10:40

    Bu gün altıgünlük müharibə başladı

    5 İyun 2026 03:00

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44

    Azərbaycandan keçməklə Ermənistana gübrə və buğda göndərilib

    4 İyun 2026 14:37

    Ukrayna FİFA və UEFA-ya niyə müraciət edib?

    3 İyun 2026 11:57

    Rusiyada təyyarə yanacağı ixracı dayandırılıb

    1 İyun 2026 12:08

    Zaporojye AES Ukrayna ordusunun hücumuna məruz qalıb - Rusiya

    31 May 2026 21:33

    Azərbaycan QHT-ləri 48 ölkənin hökumətinə müraciət edərək "Lafarge" şirkətinin fəaliyyətinin araşdırılmasına çağırıb

    29 May 2026 16:21

    Zaporijya AES yenidən xarici elektrik təchizatını itirib

    29 May 2026 13:57
    XƏBƏR LENTİ

    La Liqada mövsümün ən yaxşısı kim oldu?

    Kəlbəcərdə iki hərbçi dərəyə yıxılıb, biri ölüb

    İranın hücumu regionda gərginliyi artırır - Küveyt XİN

    Adil Kərimli Türkmənistanın xarici işlər naziri ilə görüşüb

    Banqladeşlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq - Hakan Fidan

    Millimizin heyətindən iki oyunçu çıxarıldı

    Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir

    Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib

    Kim Çen In donanmaya 10 min tonluq esmines inşa etməyi tapşırıb

    ABŞ İranın hücumlarına cavab verib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.