Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    "Çelsi" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası

    4 May 2025 22:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Çelsi" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İngiltərə Premyer Liqasının 35-ci turunda baş tutan oyunda "Çelsi" çempionluğu öncədən təmin etmiş "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Görüş London şəhərində keçirilib.

    AzerVoice xəbər verir ki,"Çelsi"nin qollarını Enso Fernandes (3-cü dəqiqə), penalti zərbəsindən Koul Palmer (90+6) və "Liverpul"un oyunçusu Cerrel Kvansa (56-cı dəqiqədə avtoqol) vurublar. Qonaqlardan isə Vircil Fan Dayk 85-ci dəqiqədə fərqlənib. Qeyd edək ki, Palmer bu görüşdə yanvarın 14-dən sonra ilk qolunu vurub. Həmin tarixdə o, "Bornmut"la oyunda (2:2) qol sevinci yaşamışdı.

    Bu, "Çelsi"nin "Liverpul"a qarşı 2021-ci ildən bəri ilk qələbəsidir. Bu iki komanda arasında baş tutmuş 199-cu qarşılaşma olub. Bu müddət ərzində "Çelsi" 67 dəfə qalib gəlib, "Liverpul" 83 dəfə, 49 görüş isə heç-heçə ilə başa çatıb.

    Xatırladaq ki, "Liverpul" 34-cü turda "Tottenhem" üzərindəki 5:1 hesablı qələbə ilə çempionluğunu vaxtından əvvəl təmin etmişdi. Komanda 35 oyundan sonra 82 xal toplayıb. "Çelsi" isə bu qələbə ilə 63 xalla turnir cədvəlində beşinci yerə yüksəlib.

    Növbəti turda, mayın 11-də "Çelsi" səfərdə "Nyukasl"la qarşılaşacaq. Eyni gündə "Liverpul" turnir cədvəlində ikinci yerdə qərarlaşan "Arsenal"ı qəbul edəcək. Bundan əlavə, mayın 8-də "Çelsi" Konfrans Liqasının yarımfinal mərhələsində İsveçin "Yurqorden" klubu ilə cavab oyununu keçirəcək. İlk matç 4:1 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

    #Liverpool #İngiltərə Premyer Liqası #Çelsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Karrik Fernandesin Yunayteddə qalacağını təsdiqlədi

    25 May 2026 11:31

    Amorim Mançester Yunayteddən sonra Portuqaliyaya qayıdır

    19 May 2026 14:46

    Qvardiola Mançester Sitidən gedir

    19 May 2026 10:55

    Mançester Yunayted Kobbi Mainu ilə uzunmüddətli müqavilə imzaladı

    30 Aprel 2026 16:06

    Alfonso Deyvis Bavariyada qalır – Mançester Yunayted geri addım atır

    25 Aprel 2026 12:40

    Mançester Yunayted Bruno Fernandeşlə bağlı qərarını verdi

    23 Aprel 2026 16:39

    Çelsi baş məşqçisini qovdu

    23 Aprel 2026 11:33

    Yuventusun transfer arzusu: Alisson, Bernardo Silva və yeni lider heyət

    16 Aprel 2026 16:46

    PSJ – Liverpul: Parisdə böyük sınaq

    8 Aprel 2026 10:58

    Mançester Yunayted Harri Maquayr ilə müqaviləsini uzadıb

    7 Aprel 2026 15:59

    İqor Tudor “Tottenhem”dən istefa verdi

    30 Mart 2026 15:52

    Mançester Yunayted 2 milyard funtluq yeni stadion layihəsinə yaxınlaşır

    19 Mart 2026 16:42
    XƏBƏR LENTİ

    Videoda hansı hadisələr əks olunub?

    İran milli komandası Meksikaya yola çıxıb

    ABŞ müdafiə naziri Avropada hansı təhlükələrdən danışıb?

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    Livan Səhiyyə Nazirliyindən son statistik açıqlama

    ABŞ Hörmüz boğazı ilə bağlı İranın mövqeyinə qarşı çıxır

    İsmayıl Bəqaidən Livandakı hadisə ilə bağlı açıqlama

    Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

    Livanın Baş nazirindən son hadisə ilə bağlı sərt açıqlama

    İstanbulda Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.