Bakı,AzerVoice
İspaniyanın Valencia klubunun əsas qapıçısı Giorgi Mamardashvili, İngiltərənin Liverpool klubuna transfer olacaq.
AzerVoice xəbər verir ki, İngiltərə təmsilçisi Gürcüstanlı qapıçı üçün 35 milyon avro ödəyəcək.
Liverpool-un əsas qapıçısı Alisson bir mövsüm daha klubda qalacaq.
Mamardashvili 2025-ci ildə Valencia klubundan ayrılacaq və yeni klubunda çıxış etməyə başlayacaq.