Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Olimpiadada da qızıl medal götürəcəm - Hidayət Heydərov

    22 May 2024 07:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Olimpiadada da qızıl medal götürəcəm - Hidayət Heydərov
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Bu gün Mehriban xanım Əliyevanın paylaşımını gördüm, çox sağ olsun.

    AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov (73 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində deyib.

    O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçirilən dünya çempionatındakı uğurunu dəyərləndirib. 11 ildən sonra mundialda yığmamıza qızıl medal qazandıran dördqat Avropa çempionu bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi instaqram hesabında etdiyi paylaşım ona əlavə stimul verib: “Hər şey üçün çox sağ olsunlar. Azərbaycan xalqının dəstəyini hiss edirdim. Sevincimə mənimlə birgə şərik olduqları üçün azarkeşlərə təşəkkür edirəm. Bu yolda mənə kömək olan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Cüdo Federasiyasına, vitse-prezident Elnur Məmmədliyə minnətdaram. Kömək oldular və dünya çempionu titulunu qazandım. Qarşıdan Paris-2024 Yay Olimpiya Oyunları gəlir. Olimpiadada da qızıl medal götürəcəm. Bu yarışa necə hazırlaşmışdımsa, ora da elə hazırlaşacam. Sadəcə səbrli olub, hər şeyi gözləmək lazımdır. Final görüşünə qələbə üçün çıxmışdım. Dünya çempionatının finalını heç vaxt verməzdim. Çox motivasiyalı idim. Vazzari ilə geri düşməyimə baxmayaraq heç nə hiss etmədim və nə olursa-olsun udmaq barəsində düşündüm. Elə də oldu və ipponla qalib gəldim”.

    Qeyd edək ki, Hidayət finalda yaponiyalı Tatsuki İşiharaya qalib gəlib.

    Olimpiadada da qızıl medal götürəcəm - Hidayət Heydərov
    #Cüdo
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    7 İyun 2026 14:07

    Cüdoçumuz “Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb

    21 Mart 2026 09:19

    Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

    8 Fevral 2026 21:40

    Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb

    7 Dekabr 2025 20:57

    Antiterror şəhidlərinin xatirəsinə həsr olununan DİN-in cüdo üzrə açıq çempionatı keçirilib

    30 Noyabr 2025 14:09

    Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

    8 Noyabr 2025 21:43

    Cüdoçumuz Avropa çempionu oldu

    4 Sentyabr 2025 18:36

    Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

    18 Avqust 2025 13:35

    Azərbaycanın ən güclü idmançıları: Reytinq cədvəli açıqlandı

    1 İyul 2025 15:55

    Macarıstanda keçiriləcək dünya çempionatında cüdoçularımızın rəqibləri müəyyənləşib

    12 İyun 2025 21:47

    Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb

    15 Mart 2025 22:22

    Parisdə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir

    2 Fevral 2025 16:20
    XƏBƏR LENTİ

    Pakistan şirkətləri Türkiyəyə 121 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    İran şirkətləri Türkiyəyə 503 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Ankarada təlim helikopteri qəzaya uğrayıb

    Kılıçdaroğlu Özgür Özəl haqqında hansı göstərişi verdi?

    ABŞ-ın müttəfiqləri güclü hücumlara məruz qala bilər – Tehran

    Dünyanın ən böyük siyasi partiyaları açıqlanıb - Türkiyə partiyaları siyahıda neçəncidir?

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    KOBİA media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik etdi

    Tramp İnfantinonu BMT-nin Baş katibi vəzifəsinə təklif etmək istəyir

    Nikaraquada prezident seçkiləri daimi ləğv edildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.