Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlir

    4 Dekabr 2024 14:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlir
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Futbolun əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər.

    AzerVoice "iTicket"ə istinadən xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə "Qızıl top" mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.

    İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcəklər. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.

    Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində dünyaşöhrətli bəstəkar, müğənni Villi Uilyam (Willy William) və məşhur "Morandi" qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

    Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi və mədəniyyət həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik!

    Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

    Biletlərin satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönləndiriləcək.

    #Lionel Messi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dünya çempionatında çox sarı kart alan futbolçu – Maskerano

    1 İyun 2026 14:51

    Argentina millisinin heyəti açıqlandı: Messi siyahıda

    29 May 2026 11:23

    Messi 2026 Dünya Çempionatını buraxa bilər

    14 Fevral 2026 17:30

    Ronaldo 2025-ci ildə idmançılar arasında ən çox qazanan oldu

    17 Yanvar 2026 09:42

    “Əl-İttihad”ın prezidenti Messini hələ də kluba cəlb etmək istədiyini bildirib

    15 Yanvar 2026 09:46

    Messi “Barselona”ya qayıda bilər

    27 Dekabr 2025 10:34

    3 il öncə bu gün Messi dünya kubokunu qazandı, Argentina Fransanı məğlub etdi

    18 Dekabr 2025 09:30

    Hindistanda Messinin olduğu stadionda iğtişaş yaşanıb

    13 Dekabr 2025 14:58

    Messi İnter Mayamiyə konfrans finalına vəsiqə qazandırıb

    24 Noyabr 2025 10:25

    Barselona Messinin geri dönüş ehtimalını rədd edib

    17 Noyabr 2025 17:34

    Messinin Barselonaya qayıdışı üçün planlar müzakirə olunur

    13 Oktyabr 2025 15:45

    Ronaldo futbol tarixində ilk milyarder futbloçu oldu

    8 Oktyabr 2025 12:52
    XƏBƏR LENTİ

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.