Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Xocalı soyqırımı qurbanları Haaqada anılıb

    24 Fevral 2026 11:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,VOA

    Niderland Krallığının Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib.

    VOA xəbər verir ki, anım tədbiri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

    Tədbirdə Niderland ictimaiyyətinin nümayəndələri, bu ölkədəki Azərbaycan və türk icmalarının təmsilçiləri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland koordinatorluğunun üzvləri iştirak ediblər.

    İştirakçılar əvvəlcə “Yeni İkendinen” (Nieuw Eykenduynen) məzarlığında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.

    Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilən Xocalı soyqırımından 34 il ötsə də bu faciənin unudulmadığı qeyd olunub. Həmin gecə dinc əhaliyə qarşı törədilən qətliamın tarixindən və onun dəhşətli nəticələrindən danışılıb. 26 fevral tarixinin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığı vurğulanıb, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Daha sonra “Qarabağ üzərindəki qara buludlar” kitabının müəllifi, tədqiqatçı-yazar Henri van Rensin tədbir iştirakçılarına müraciəti oxunub.
    Tədbir çərçivəsində “Xocalı Nişanəsi” adlı qısa sənədli film nümayiş olunub. Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən “Xarıbülbül” məktəbinin şagirdlərinin Xocalı soyqırımı qurbanlarına həsr etdikləri foto-sərgi nümayiş olunub, kamança ifaçısı Emin Sadıqlının ifasında həzin musiqilər səsləndirilib.

    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    Xocalı soyqırımı qurbanları Haaqada anılıb
    #Azərbaycan #Niderland #Diasporla İş üzrə Dövlət Komitəsi #Xocalı soyqırımı #Haaqa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21
    XƏBƏR LENTİ

    Allied – Müharibənin kölgəsində eşq və xəyanət imtahanı

    Şam işığında yaranan anatomiya və gizli güzgü yazısı: Leonardo da Vinçinin şok bioqrafiyası

    İmam Qəzali Səlcuqlu saray dəvətini niyə rədd etdi? Sultan Səncərə göndərilən tarixi məktub

    Səhərləri enerjili başlamağın sadə yolları: Gününüzü daha məhsuldar keçirin

    Kəhf surəsi nədən bəhs edir?

    Bu gün qədim Romanı bürüyən Böyük Yanğın başladı

    Lüks və hərbi zireh bir arada: Aston Martin Call of Duty üçün virtual V12 canavarı hazırladı

    Tarixdə bu gün - 19 İyul

    Vaşinqton Avropada söz azadlığı təşəbbüslərini maliyyələşdirməyi planlaşdırır

    ABŞ memorandumun mürəkkəbi qurumamış hücuma keçdi - Məhəmməd Rza Arif

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.