2026-cı ilin yanvar ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alan şəxslərin sayı məlum olub. Cari ilin yanvar ayı ərzində əlilliyə görə 251 001 nəfər şəxs pensiya, 227 198 nəfər şəxs aylıq müavinət, 92 643 nəfər şəxs isə Prezident təqaüdü alıb. Məlumata əsasən, sosial təminat sisteminin əhatə dairəsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət tərəfindən dəstəyin davamlı şəkildə həyata keçirilməsinə yönəlib
Cəmiyyət
Maliyyə nazirinin birinci müavini Anar Kərimov yeni vəzifəyə təyin edilib. Qərara əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının sədri vəzifəsinə maliyyə nazirinin birinci müavini Anar Kərimov təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2026-cı ilin yanvar ayında 626 min müraciət edilib. Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilib.
Layihə çərçivəsində “Komanda quruculuğu”, “Karyera planlaması”, “Natiqlik”, “Liderlik” və digər mövzular üzrə ümumilikdə 6 sessiya təşkil edilib. Təlimlər Siyəzən, Xaçmaz, Şabran, Quba və Qusar rayonlarında keçirilib. Görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri də təşkil olunub.
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi tərəfindən Aşqabaddakı “Yıldız” mehmanxanasında müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən məlumat verilib. Tədbirdə səfir Qismət Gözəlov qonaqları salamlayıb, Ramazan ayının başlanması münasibətilə iştirakçıları təbrik edib. Səfir çıxışında bu mübarək ayın İslam aləmində mənəvi saflaşmanın, həmrəyliyin və qarşılıqlı dəstəyin mühüm simvolu olduğunu qeyd edib. Ramazanın insanlar arasında dostluq və anlayışın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb. Eyni zamanda, hər iki ölkədə dini dəyərlərə xüsusi ehtiramın göstərilməsinin və bu xüsusda, belə tədbirlərin keçirilməsinin mədəni və mənəvi dəyərlərin paylaşılması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Mehdiyev Ramiz Ənvər oğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib.
Nissan Leaf 31 485 dollarlıq başlanğıc qiyməti ilə hazırda bazarda ən sərfəli elektromobillərdən biridir. Şirkət bu ilin sonlarında giriş səviyyəli "Leaf S" komplektasiyası ilə qiyməti daha da aşağı salmağı planlaşdırırdı.
Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılması, akvakultura proseslərinin təkmilləşdirilməsi, su bioresurslarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir. Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir, aşkarlanan qanun pozuntuları üzrə protokollar, aktlar və qərarlar tərtib olunur, iddialar qaldırılır, təbiətə dəymiş ziyan hesablanaraq müvafiq cərimələr tətbiq edilir
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanına əsasən Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi cari ilin aprel ayından başlayaraq dövlət şirkətlərinin və publik hüquqi şəxslərin büdcə layihələri və proqnozlarının, həmçinin büdcələrinin monitorinqini həyata keçirəcək və icra göstəricilərini təhlil edəcək.
ABŞ-nin Texas ştatının Hyuston şəhərində fəaliyyət göstərən Müqəddəs Tomas Universitetində (University of St. Thomas) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “III Qlobal Dialoq Konfransı: Tarixi Yaddaş Sülhün Təməli kimi” (III Global Dialogue Conference: Historical Memory as a Foundation of Peace) adlı beynəlxalq konfrans keçirilib.
2026-cı ilin yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 45 284 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb. Həmin vətəndaşların 93 nəfəri Fondun Aparatının rəhbər şəxsləri tərəfindən, 1 370 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 1 886 nəfəri mərkəzi, 41 935 nəfəri isə regional filiallarda qəbul edilib.