Cəmiyyət

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalıda ədalət bərqərar oldu” adlı anım tədbiri keçirilib. Açılış nitqi ilə çıxış edən Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı törədilən Xocalı soyqırımının beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunan ağır cinayət kimi tarixə düşməsini vurğulayıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Şanlı Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, Xocalıda müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunduğunu qeyd edib.

Əgər siz köhnə Ford Explorer, xüsusən də 2017–2019-cu il modelini idarə edirsinizsə, onun arxa asqısı zədələnmiş ola bilər. Problem sıradan çıxaraq qəzaya səbəb ola biləcək komponentləri əhatə edir. Buna görə də Ford bu problemi həll etmək və gələcəkdə hər hansı qəzanın qarşısını almaq məqsədilə 412 774 ədəd avtomobili geri çağırır.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102 saylı Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

Fevralın 25-də təşkil edilən görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər. Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir bildirib ki, yubilyarların hər biri milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır və uzun illər ərzində sənət sahəsində göstərdikləri fəaliyyətlə ölkənin mədəni irsinə dəyərli töhfələr veriblər.

Dövlət Turizm Agentliyi Azərbaycanın turizm baxımından cəlbedici məkanları, tarixi-mədəni abidələri və digər turizm nümayiş obyektləri üzrə turistik nişanların quraşdırılması istiqamətində layihələndirmə və icra tədbirlərini davam etdirir. Bu çərçivədə Gəncə şəhərində kompleks nişanlanma sistemi tətbiq edilib.

“Al Baraka Azerbaijan” könüllüləri “Qəzza – Ayaqqabı paylanması layihəsi № 921” çərçivəsində Şimali Qəzzada yerləşən Həlava düşərgəsində ehtiyaclı ailələrin uşaqlarına ayaqqabı paylayıb. Könüllülər aksiyanın Ramazan ayının mərhəmət və paylaşma ruhuna uyğun həyata keçirildiyini qeyd ediblər.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya məsələləri, güzəştli şərtlərlə kredit verilməsi, aqrar sığorta, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Şöbə müdiri Fərid Nəcəfov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək, qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, bəziləri isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətlərinə daxil olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib. Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Tədbir Xocalı faciəsinin qurbanlarının və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Energetika nazirinin müavini Samir Vəliyev çıxışında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayətlərdən, uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla dinc əhaliyə qarşı həyata keçirilmiş vəhşiliklərdən və qətllərdən bəhs edib. Baş vermiş faciənin insanlıq və bəşəriyyət əleyhinə törədilmiş cinayət olduğu xüsusi vurğulanıb. Nazir müavini Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün atılan addımları qeyd edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir.

2026-cı ilin yanvar ayında əlilliyə görə pensiya, aylıq müavinət və Prezident təqaüdü alan şəxslərin sayı məlum olub. Cari ilin yanvar ayı ərzində əlilliyə görə 251 001 nəfər şəxs pensiya, 227 198 nəfər şəxs aylıq müavinət, 92 643 nəfər şəxs isə Prezident təqaüdü alıb. Məlumata əsasən, sosial təminat sisteminin əhatə dairəsi əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və dövlət tərəfindən dəstəyin davamlı şəkildə həyata keçirilməsinə yönəlib