Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi

    25 Fevral 2026 18:22
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Orxan Qədirzadə

    Mədəniyyət Nazirliyində bir qrup yubilyar sənət xadimi ilə görüş keçirilib.

    VOA Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-də təşkil edilən görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

    Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir bildirib ki, yubilyarların hər biri milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır və uzun illər ərzində sənət sahəsində göstərdikləri fəaliyyətlə ölkənin mədəni irsinə dəyərli töhfələr veriblər.

    Adil Kərimli çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi önəm verildiyini vurğulayıb. O qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib. Bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

    Nazir vurğulayıb ki, mədəniyyətin inkişafı, qorunması və təbliği yaradıcı insanlara göstərilən yüksək diqqət və dəstək ilə paralel şəkildə həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə sənət adamlarının təqaüd və təltiflərə layiq görülməsi onların fəaliyyətinə əlavə stimul verir.

    Tədbirin sonunda Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb. Mədəniyyət xadimləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

    Görüş birgə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi
    #Yubilyar mədəniyyət xadimləri Fəxri diplomla təltif edildi #Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi #Xalq artistləri və rəssamlar nazirliyin mükafatına layiq görüldü #Adil Kərimli yubilyarları təbrik etdi #Mədəniyyət xadimlərinə dövlət qayğısı davam edir #Nazirlikdə yubilyar sənətçilərlə görüş və təltif mərasimi #Kültür insanlarına onur diploması verildi #Kültür Bakanlığında sanatçılarla buluşma #Halk sanatçıları ve ressamlar ödüllendirildi #Adil Kerimli’den kültür temsilcilerine tebrik #Sanat insanlarına devlet desteği sürüyor #Yıldönümü sahiplerine fahri diploma takdimi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    10 İyun 2026 00:44

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00
    XƏBƏR LENTİ

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    İrandan ABŞ-a cavab: İordaniyadakı F-35 bazası və Bəhreyndəki 5-ci Donanma vuruldu

    Helikopter qəzası hücum etmək üçün bəhanədir - İran

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    DÇ-2026-da boy fərqi 44 santimetrdən çoxdur: Turnirin ən uzun və ən qısa futbolçuları kimlərdir?

    Kütlələrin yeni seçimi: 2027 Rivian R2 elektrik krossoveri təqdim olundu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.