Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib

    25 Fevral 2026 18:56
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA, Orxan Qədirzadə

    Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanları gündəmdədir.

    VOA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102 saylı Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

    Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupunun iclası keçirilib. İclasda Nazirliyin, Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

    İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, ötən dövrdə Azərbaycan BƏT-in 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından 9-na qoşulub. O, həmçinin qeyd edib ki, ötən il Azərbaycan ilə BƏT arasında “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.

    Vurğulanıb ki, son illər ölkədə həyata keçirilən ardıcıl sosial islahatlar sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə şərait yaradıb.

    İclas çərçivəsində “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyanın ratifikasiya imkanları üzrə görülən işlərə dair təqdimat dinlənilib və məsələ ətrafında müzakirələr aparılıb.

    BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib
    #BƏT-in 102 saylı Konvensiyasının ratifikasiya imkanları müzakirə olunub #Sosial təminat üzrə yeni beynəlxalq sənəd gündəmdədir #İşçi qrup BƏT Konvensiyasının ratifikasiyasını araşdırır #Azərbaycan sosial təminat sistemini daha da gücləndirir #102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib #Sosial xidmətlərin inkişafı üzrə Dövlət Proqramı icra olunur #ILO 102 sayılı Sözleşmesinin onay imkanları değerlendiriliyor #Sosyal güvenlik alanında yeni adım gündemde #Çalışma grubu ILO sözleşmesini inceliyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    10 İyun 2026 00:44

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    XI Milli Marketinq Forumu uğurla başa çatıb

    8 İyun 2026 14:28

    Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

    8 İyun 2026 14:08

    Xiaomi 17T smartfonunun icmalı: Mükəmməl kameralara sahib praktik cihaz

    8 İyun 2026 13:33

    Onlayn mediasiya qanunvericilikdə necə tanınır?

    8 İyun 2026 12:37

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    8 İyun 2026 07:50

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    7 İyun 2026 21:27

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    7 İyun 2026 14:54

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    7 İyun 2026 13:43

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    7 İyun 2026 11:00
    XƏBƏR LENTİ

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    İrandan ABŞ-a cavab: İordaniyadakı F-35 bazası və Bəhreyndəki 5-ci Donanma vuruldu

    Helikopter qəzası hücum etmək üçün bəhanədir - İran

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    DÇ-2026-da boy fərqi 44 santimetrdən çoxdur: Turnirin ən uzun və ən qısa futbolçuları kimlərdir?

    Kütlələrin yeni seçimi: 2027 Rivian R2 elektrik krossoveri təqdim olundu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.