Cəmiyyət

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalı şahidləri ilə görüş” adlı anım və maarifləndirici tədbir keçirildi. Tədbir çərçivəsində Xocalı faciəsinin canlı şahidləri – Novruzova Ayna, Tahirə Hüseynova və Arzu Musayeva iştirakçılarla görüşərək həmin gecəyə dair xatirələrini bölüşdülər.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbirləri çərçivəsində Ombudsmanın regional mərkəzləri tərəfindən silsilə tədbirlər təşkil olunub. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal, Qərb, Şimal-Qərb və Cənub regional mərkəzlərinin təşəbbüsü ilə keçirilən tədbirlərdə Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edilib

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Qeyd olunub ki, Xocalı soyqırımı insanlıq tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri kimi yadda qalıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini dağıdaraq dinc əhaliyə qarşı kütləvi qırğın törədib.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım mərasimləri çərçivəsində Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və üzvləri soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini dağıdaraq dinc əhaliyə qarşı kütləvi qırğın törədib.

Xocalı soyqırımı bəşər tarixinin insanlıq əleyhinə törədilmiş ən ağır və qəddar cinayətlərindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilmiş bu kütləvi qırğın dinc əhalinin ağır itkiləri ilə nəticələnmişdir. Lakin xalqımızın iradəsi, milli birliyi və azadlıq əzmi heç vaxt sarsılmadı.

Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib