Cəmiyyət

Filmoskop rubrikasında bu dəfə qorxu və sleşer (slasher) janrının ən yeni və gərgin nümunələrindən birini — "Night of the Reaper" (Oraqlı qatilin gecəsi) filmini linza altına alırıq. Bu ekran işi, klassik qorxu elementlərini müasir çəkiliş texnikası ilə birləşdirərək, izləyicini son saniyəyə qədər qaranlıq bir qaçışın ortasında saxlayır.

Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib. Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur. Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq. Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq. Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Avtomobil istehsalçıları adətən yeni bir modeli nümayiş etdirməyə hazır olana qədər kartlarını gizli saxlayırlar, lakin görünür, BMW təsadüfən öz əlini bir qədər tez açıb. "Motor1" nəşrinin məlumatına görə, Almaniya avtomobil istehsalçısı ABŞ bazarı üçün nəzərdə tutulmuş və bəziləri hələ təqdim olunmamış 2027-ci il model sırasını səhvən yayımlayıb. Siyahı sonradan silinsə də, "Motor1" BMW-nin sızdırılmış 2027-ci il model sırasını əldə etməyi bacarıb və bu, bizə brendin bu il üçün nələr planlaşdırdığına dair bir yol xəritəsi verir.

Paytaxt sakinləri üçün 28 fevral – 1 mart tarixlərində şəhərdə “Kənddən Şəhərə” həftəsonu yarmarkası baş tutacaq. Yarmarka Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə keçiriləcək. Tədbirin əsas məqsədi yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Mediasiya Şurası İntizam Komissiyasının sədr müavini, Bakı 22 saylı Mediasiya təşkilatının təsisçisi Orxan Mahmudovun müəllifi olduğu “Mediasiya: 100 sual / 100 cavab” adlı kitabın ictimai təqdimatı keçirilib. Çıxış edənlər mediasiya sahəsində elmi-nəzəri vəsaitlərin bu sahənin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini, müxtəlif auditoriyaların istifadə edə biləcəyi bu yeni kitabın mediasiya sahəsindəki əsas suallara cavab olacağını vurğulayıblar.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna əsasən, ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər.