Cəmiyyət

Hazırlıqlar çərçivəsində Formula 1 Azərbaycan Qran-Prisi 2026 üçün paddokun yenidən qurulmasına start verilib. Paddok ənənəvi olaraq Neftçilər prospektində, Hökumət Evinin qarşısında quraşdırılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaları və sürücüləri diqqətli olmağa çağırıb, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkür edib.

Martın 2-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu, “Zeynəbiyyə” Məscidi və Mədəniyyət Mərkəzinin dəstəyi ilə İstanbul şəhərində yaşayan azərbaycanlı soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib.

Karl Qustav Yunqun "Qırmızı Kitab"ı sadəcə bir kitab deyil; o, müasir psixologiyanın ən böyük kəşflərinin doğulduğu bir "laboratoriya", bir insanın öz ruhuna etdiyi təhlükəli və bir o qədər də aydınladıcı səyahətin gündəliyidir. Yunq bu kitabı illərlə gizli saxlamış, bəlkə də dövrünün onu "dəlilik" kimi qəbul edəcəyindən çəkinmişdi. Lakin bu gün həmin sətirlər milyonlarla insanın daxili dünyasına işıq tutur.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupu onlayn formatda növbəti iclasını keçirib. İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən bu gün səhər saatlarından etibarən Azərbaycan və xarici ölkə vətəndaşlarının keçidi davam edir. Hazırkı vaxtadək 1 Fransa, 7 Tacikistan və 5 Azərbaycan vətəndaşının sərhəd-keçid məntəqəsindən keçidi təmin olunub. Onlar müvafiq qeydiyyat və sənəd yoxlanışı prosedurlarından keçirilib, təhlükəsiz və nizamlı şəkildə ölkə ərazisinə daxil olublar.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Novruz bir çox ölkədə coşqu ilə qeyd olunsa da, bu qədim bayramın təntənəli şəkildə keçirildiyi yerlərdən biri də Azərbaycandır. 21 mart Novruz Bayramı münasibətilə ölkədə bir həftəlik rəsmi tətil elan edilir. Martın 31-nə qədər, paytaxt Bakı da daxil olmaqla, şəhərin park və xiyabanlarında konsertlər və Novruz şənlikləri keçirilir. Türk vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə vizasız səyahət edə bildiyi "Odlar Yurdu" Azərbaycanı görmək üçün Bahar Bayramı ən ideal dövrdür.

Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, hüquqşünas mediator Hümmət Əliyev mediasiya prosesinin mahiyyəti, prinsipləri və vətəndaşlar üçün üstünlükləri barədə mühüm məqamlara aydınlıq gətirib.

Filmoskop rubrikasında bu dəfə qorxu və post-apokaliptik janrın pərəstişkarları tərəfindən onilliklərdir gözlənilən böyük qayıdışı — "28 Years Later" (28 il sonra) filmini təhlil edirik. Rejissor Denni Boyl və ssenarist Aleks Qarlendin yenidən bir araya gəldiyi bu ekran işi, 2002-ci ildə başlayan "Qəzəb virusu" dastanını tamamilə yeni və daha geniş miqyaslı bir müstəviyə daşıyır.

Viktor Hüqo fransız ədəbiyyatının zirvəsi, romantizm cərəyanının rəhbəri və dünya miqyaslı ictimai xadimdir. 1802-ci ildə doğulan yazıçı yalnız romanları ilə deyil, həm də insan haqları uğrunda apardığı mübarizə ilə tarixə düşmüşdür. Onun yaradıcılığının əsasını sosial ədalətsizliyə qarşı üsyan, mərhəmət və "kiçik insanların" böyük faciələri təşkil edir. Hüqo əsərlərində qanunların sərtliyini və cəmiyyətin amansızlığını tənqid edərək, hər bir caninin daxilində bir insanın yaşadığını xatırladır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 25-də “Youth Cyber Forum” keçirilib.

ADA Universitetində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” məzunları üçün “Qlobal təhsildən milli inkişafa” adlı karyera sərgisi keçirilib. Sərginin təşkilində əsas məqsəd Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetlərində təhsil almış gənclərin milli əmək bazarına inteqrasiyasını təmin etmək və onların potensialını ölkəmizin dayanıqlı inkişafına yönəltməkdir.