Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Varşavada “Nabat” filmi nümayiş olunub

    28 Fevral 2026 10:27
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Varşavada “Nabat” filmi nümayiş olunub
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, VOA

    Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımının ildönümünə həsr olunan anım tədbiri təşkil olunub. Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşı yerli ictimaiyyət nümayəndələri də iştirak edib.

    VOA xəbər verir ki, Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətinin üzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalı soyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər bir azərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanların xatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvi dəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

    Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi nümayiş olunub. Film müharibənin insan talelərində buraxdığı dərin izləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və ana obrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əks etdirib. Ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.

    Tədbirdə Xocalı dəhşətlərini əks etdirən foto-sərgi də nümayiş olunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar və yaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələri iştirakçıların diqqətini çəkib. Eyni zamanda sərgi Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasının vacibliyini vurğulayan mesaj verib.

    Anım tədbirinin təşkilatçıları Varşava Azərbaycan Evinin media departamentinə müsahibələr verib. Müsahibələrdə tarixi həqiqətlərin unudulmaması, insanlıq dəyərlərinin qorunması və gənc nəsillərin mənəvi tərbiyəsi üçün bu kimi tədbirlərin önəmi vurğulanıb.

    Qeyd edək ki, Varşava Azərbaycan Evi mütəmadi olaraq Xocalı soyqırımı ilə bağlı anım mərasimləri, konfranslar və ictimai maarifləndirmə layihələri həyata keçirir. Bu təşəbbüslər iştirakçılarda dərin emosional təsir yaratmaqla yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi və humanitar dəyərlərin təşviqi üçün mühüm platforma rolunu da oynayır.

    Varşavada “Nabat” filmi nümayiş olunub
    Varşavada “Nabat” filmi nümayiş olunub
    Varşavada “Nabat” filmi nümayiş olunub
    Varşavada “Nabat” filmi nümayiş olunub
    #Xocalı #Polşa
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan əleyhinə süjetlə bağlı Polşanın Azərbaycandakı səfirinə etiraz notası təqdim edilib - XİN

    28 Avqust 2026 19:27

    Tarixdə bu gün –18 Avqust

    18 Avqust 2026 00:01

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Macarıstan keçmiş polşalı nazirin qaçqın statusunu ləğv edib

    2 İyul 2026 22:04

    Tarixdə bu gün - 20 İyun

    20 İyun 2026 00:01

    Litva, Polşa və Fransa “Otvažnıy kaban–2026” adlı birgə hərbi təlimlərə başlayacaq

    13 İyun 2026 21:00

    Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin açılışı olub

    3 İyun 2026 16:34

    Tramp Polşaya əlavə 5 min hərbçi göndərəcək

    22 May 2026 15:16

    Polşa İsrailli nazirin ölkəyə girişinə qadağa tətbiq edəcək

    21 May 2026 15:39

    Polşanın Baş Naziri ABŞ-NATO gərginliyi fonunda transatlantik birliyə çağırış edib

    18 May 2026 19:40

    Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

    17 May 2026 23:59

    Ağdərə və Xocalıya yeni köç karvanı yola salındı

    14 Aprel 2026 13:48
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Nikolas Maduro ABŞ-dakı həbsxanadan ilk fotolarını paylaşıb

    Nigerdə üsyançı hücumundan sonra sakitlik bərpa olundu - Əlcəzair niyə hərəkətə keçdi?

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.