#TECHERA

Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

Rəqəmsal transformasiya artıq seçim deyil, strateji zərurətdir. Bu istiqamətdə atılan mühüm addımlardan biri olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəd ölkədə rəqəmsallaşmanın sürətlənməsi və biznes mühitinin yeni mərhələyə keçidi üçün əsas istiqamətləri müəyyən edir.

TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə Quba şəhərində regionun biznes və rəqəmsal inkişafına həsr olunan sammit baş tutacaq. tədbir Quba, Qusar, Xaçmaz və ətraf rayonlardan olan sahibkarları, şirkətləri və gənc mütəxəssisləri bir araya gətirməklə yanaşı, Bakıdan iri holdinqlərin, dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı ilə geniş əməkdaşlıq imkanları yaradacaq.