Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

    29 Aprel 2026 14:01
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə VOA-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, qonaqları salamlayan Teymur Musayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

    Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə, o cümlədən səhiyyə sektorunda əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. O, ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və rəqəmsal səhiyyə həllərinin tətbiqi istiqamətində həyata keçirilən islahatlardan bəhs edib.

    Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin dövlət naziri Səid bin Mübarək Əl-Haciri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəsinin Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduqlarını vurğulayıb.

    Tərəflər görüş zamanı səhiyyə sahəsində əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə müzakirə ediblər. Xüsusilə innovativ tibbi texnologiyaların tətbiqi, səhiyyə infrastrukturunun inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, rəqəmsal səhiyyə sistemlərinin qurulması diqqət mərkəzində olub. Bununla yanaşı, tibbi kadrların hazırlanması və ixtisasartırma proqramları, tədqiqat və innovasiya sahəsində əməkdaşlıq, eləcə də qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

    Sonda tərəflər bu cür görüşlərin qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi və konkret layihələr üzrə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    Azərbaycan və BƏƏ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
    #Azərbaycan #BƏƏ #Səhiyyə Nazirliyi #Teymur Musayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

    2 Sentyabr 2026 19:03

    Türkmənistan və Azərbaycan konsulluq əməkdaşlığını müzakirə edib

    2 Sentyabr 2026 16:08

    Rusiyadan Ermənistana Azərbaycan üzərindən 100 tona yaxın dizel yanacağı ixrac olunacaq

    2 Sentyabr 2026 15:50

    Azərbaycan və Səudiyyə Ərəbistanı aviasiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    2 Sentyabr 2026 15:42

    BƏƏ daşqın və torpaq sürüşmələrindən zərər çəkən Nepal üçün ikinci yardım təyyarəsini göndərib

    2 Sentyabr 2026 14:51

    Qətər və BƏƏ mayeləşdirilmiş qazı Hörmüz boğazından kənarda daşıyır

    2 Sentyabr 2026 12:51

    2027-ci ildə innovasiya fəaliyyətində iştirakçı qurumların sayının 40-a çatdırılması hədəflənir - Fərid Osmanov

    2 Sentyabr 2026 10:13

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    1 Sentyabr 2026 22:32

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    1 Sentyabr 2026 22:21

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38
    XƏBƏR LENTİ

    İranla yenidən başlayan döyüşlər uzun çəkməyəcək - Tramp

    BƏƏ İranın Bəhreyn, İordaniya və İraq Kürdüstanına hücumlarını pisləyib

    İran daha 11 gəminin Hörmüz boğazından keçməsini qadağan edib

    “CD Projekt Red”in yarımillik xalis mənfəəti 37 faiz artıb

    Anthropic Tramp administrasiyası ilə münasibətlərini yaxşılaşdırıb

    İraqda beş mindən çox İŞİD üzvünə hökm oxunacaq

    İran müharibə təcrübəsi əsasında yeni hərbi sistemlər hazırlayır

    Pajero əfsanəsi geri döndü - 20 ildən sonra karkas şassili yeni Mitsubishi Montero debüt etdi

    Tramp Hörmüz boğazına öz adının verilməsini təklif edib

    İran qaçaqmalçılıq yolu ilə daşınan 382 min litr yanacağı ələ keçirib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.