#Teymur Musayev

Səhiyyə naziri Teymur Musayev BMT Baş katibinin Yol Təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüş keçirib. Tərəflər yol hərəkəti təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin profilaktikası və təcili tibbi yardım sisteminin inkişafını müzakirə ediblər. Görüşdə Azərbaycanda bu sahədə həyata keçirilən islahatlar və beynəlxalq əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Teymur Musayev yol təhlükəsizliyinin ictimai sağlamlığın vacib istiqamətlərindən biri olduğunu vurğulayıb. Jan Todt isə Azərbaycanın bu sahədə əldə etdiyi nəticələri yüksək qiymətləndirib. Tərəflər maarifləndirmə tədbirlərinin genişləndirilməsi və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

İyunun 11-də Emin Əmrullayev və Teymur Musayev Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsinə və klinikasına səfər ediblər. Qonaqlar universitetin əsas binası və rəhbərlik tərəfindən həyata keçirilən təhsil strategiyası ilə tanış olublar. Fakültənin auditoriyaları, tədqiqat laboratoriyaları və Simulyasiya Mərkəzi nümayiş etdirilib. Klinikanın şöbələri, laboratoriyaları və tibbi avadanlıqları qonaqlara təqdim olunub. Nazir vəzifəlilər tələbələr, akademik heyət və əməkdaşlarla görüşərək tibb təhsili və səhiyyə inkişafını müzakirə ediblər. İnteraktiv görüşdə nazirlər sualları cavablandırıb, dövlət prioritetlərini açıqlayıblar. Universitetin yüksək ixtisaslı tibbi kadrlara töhfəsi və modern səhiyyə-ekosistem layihələri diqqət mərkəzində olub. Tələbə yataqxanası və İncəsənət fakültəsinin musiqi proqramı da nümayiş olunub.

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin Dövlət naziri Səid bin Mübarək Əl-Hacirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bildirilib ki, qonaqları salamlayan Teymur Musayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana, o cümlədən Qarabağa səfərlərini, bu səfərlər zamanı aparılmış müzakirələrin iki ölkə arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Səhiyyə Nazirliyində İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko ilə görüş keçirilib. Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsində xüsusi rolunu vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar və mədəniyyət sahələrində təşəbbüslərinin əməkdaşlığın genişlənməsinə verdiyi töhfələri qeyd edib.