#Diasporla İş üzrə Dövlət Komitəsi

Tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə, Türkiyənin Niderlanddakı səfiri Fatma Ceren Yazğan, Türkiyə Böyük Millət Məclisinin (TBMM) millət vəkili Şamil Ayrım, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, Haaqa şəhər bələdiyyəsinin sədr müavini Saskia Bruines, Bart ten Broek, Benilüks Azərbaycanlıları Konqresinin sədri, Benilüks ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Niderland üzrə koordinatoru Elsevər Məmmədov və Hollanda-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın çıxış edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsi, ana dilində sərbəst danışması istiqamətində səsləndirdiyi fikirlər soydaşlarımız üçün mühüm çağırışdır və onların fəaliyyətində yeni prioritetlər müəyyən edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə baş tutan geniş videokonfrans bu çağırışlarla bağlı effektiv müzakirə imkanı yaradıb və xaricdəki Azərbaycan icmalarının milli məsuliyyətini özündə ehtiva edib.

Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib. Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələr iştirak edib.

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Kanadanın Toronto şəhərində “Növbəti Nəsil Kanadalılar” (“The Next Generation Canadians”) adlı Kanada Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanın gəncləri bu günün fəal vətəndaşları olmaqla yanaşı, ölkəmizin parlaq gələcəyinin qurucularıdır. Gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, eləcə də beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi dövlətimizin dayanıqlı inkişaf strategiyasının prioritet istiqamətlərindəndir.

Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub. Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib. Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.